Şrift:
Bakıda Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək
05.09.2013 [00:19] - Gündəm, Sosial
Bakıda 11-13 sentyabr tarixlərində “Şərq Nağılı” Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, festival Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur. Tədbir Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi, “Dan” Beynəlmiləlçi Gənclər, “Müşviq” Əlil Uşaqlara Yardım və “Müstəqil Həyat” Dəstək və İnkişaf Mərkəzi İctimai Birliklərinin təşkilati dəstəyi ilə keçiriləcək.

Festivalın məqsədi əlilliyi olan istedadlı gənclərin yaradıcılıq bacarıqlarının reallaşdırılmasının dəstəklənməsi, ictimaiyyətin diqqətinin humanizm ideyaları, mədəni dəyərləri və əlilliyi olan gənclərin yaradıcılığına cəlb edilməsidir.



“Şərq Nağılı” Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalında 11 ölkədən 200-dən çox gəncin iştirakı nəzərdə tutulur. İştirakçı dövlətlər müsabiqəyə mahnı, rəqs, teatr və instrumental musiqidən ibarət proqram təqdim ediblər. Festival çərçivəsində əlilliyi olan gənclərlə işləyən yerli təşkilatlar və fərdi təlimçilər üçün xarici ekspertlərinin ustad dərsləri (master-klass) təşkil ediləcək. Festival ərəfəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və UNİCEF tərəfindən 20 nəfər qaçqın, məcburi köçkün və əlilliyi olan gənclər üçün xarici ekspert tərəfindən fotoqrafiya üzrə 5 günlük təlimlər başlanıb.



Təlimlər nəticəsində iştirakçılar tərəfindən çəkilmiş və ekspert tərəfindən seçilmiş fotoşəkillər festivalın bağlanış mərasimi və Qala – konsertin keçirildiyi Heydər Əliyev adına Sarayda təşkil olunmuş sərgidə nümayiş etdiriləcək.



Festival proqramına Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət, Milli Məclisdə konfrans, Qala və Atəşgah arxeoloji-etnoqrafiya muzeylərinə səfər və sairə daxildir.
Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed