Şrift:
BMT-də Azərbaycanın təşəbbüsünü dəstəkləyən Qətnamə qəbul olunub
05.09.2013 [23:09] - Gündəm, Hüquq
Sentyabrın 4-də BMT Baş Assambleyasının (Birləşmiş Millətlər Təşkilatının Gənəl Kurulu) 67-ci sessiyasının 98-ci plenar (ümumi) iclasında Azərbaycan Respublikasının təşəbbüsü ilə Avrasiya Rabitə Alyansının (birliyinin) yaradılmasına dair müzakirələrin başlanılması üzrə qətnamə yekdilliklə qəbul olunub.
Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyindən bildiriblər ki, Qətnaməyə Azərbaycanla yanaşı Belarus, Əfqanıstan, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Şri-Lanka, Türkiyə və Yeni Zelandiya həmmüəllif kimi qoşulmuşlar.

Qətnamə layihəsini təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev ilk dəfə ölkəmizin təşəbbüsü əsasında 2012-ci ilin dekabrında (december) Baş Assambleya tərəfindən qəbul edilmiş 67/194 saylı qətnamədə əks olunmuş Alyansın yaradılmasına diqqətin artırılmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, sözügedən təşəbbüs informasiya və kommunikasiya (irtibatat) texnologiyaları sahəsində trans-regional (fəraməntəqei) əməkdaşlığın genişləndirilməsi, bu sahədə mövcud olan ehtiyacların təmin edilməsi və problemlərin həllində hökumətlərə yardımın göstərilməsi, özəl sektorun marağının cəlb olunması və müvafiq sahədə bilik mübadiləsi üçün regional (bölgəsəl) bir platformanın yaradılması məqsədini daşıyır.



Qətnamənin qəbulundan sonra Azərbaycanın təşəbbüsü əsasında Avrasiyada rabitənin təkmilləşdirilməsi mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdən əvvəl, Baş Assambleyanın 67-ci sessiyasının prezidenti V.Yeremiç, BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini V.Honqbo və Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasov çıxış ediblər.



Daha sonra Macarıstanın Milli İnkişaf üzrə Nazirliyinin dövlət katibi V.Valyi-Nagi, Dünya İqtisadi Forumunun informasiya texnologiyaları və telekommunikasiya sənayesi bölməsinin direktoru D.Kerimi, Orbit Elmləri Korporasiyasının (şirkət) böyük prezidentinin müavini K.Riçmond və “Turk Telekom İnternational” şirkətinin baş icraçı direktoru Ç.Öztelcan təqdimatlarla çıxış edib və müvafiq sahədə mövcud olan əməkdaşlıq imkanları haqda fikir mübadiləsi aparılıb.

Tədbirdə iştirak edən üzv dövlətlər bölgədə İKT infrastrukturunun (zirsaxt, altyapı) inkişafı sahəsində Azərbaycan Respublikası Hökumətinin səylərini yüksək qiymətləndirərək, gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed