Şrift:
Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil edilib
08.09.2013 [22:44] - Xəbərlər, İdman
Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil olacaq. Bu barədə qərar bazar günü Buenos-Ayresdə Beynəlxalq olimpiya komitəsinin (BOK) üzvlərinin 125-ci sessiyasında səsverməsi nəticəsində qəbul olunub. RİA Novosti agentliyi məlumat verir.
Beynəlxalq olimpiya komitəsi 2013-ci ilin fevral ayında 2020-ci il yay Olimpiya oyunlarının proqramından güləşin çıxarılmasını tövsiyə edib. May ayında təşkilatın icraiyyə komitəsi iddiaçılar sırasında Olimpiya oyunları-2020 proqramında üç idman növünü güləşi, beysbol/softbol və skvoşu saxlayıb.
Beynəlxalq olimpiya komitəsinin sessiyasında səsvermə nəticəsində güləş - 49, beysbol/softbol - 24, skvoş - 22 nümayəndənin dəstəyini alıb.
Olimpiada-2020 Tokioda keçiriləcək. Güləş həmçinin yay Olimpiya oyunları-2024 proqramında da təmsil olunacaq.
Bu xəbər oxucular tərəfindən 1201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed