Şrift:
Türkiyə Suriya sərhədi yaxınlığında yeni hərbi baza tikir
09.09.2013 [10:12] - Gündəm, Hərb
Türkiyə silahlı qüvvələri Suriyanın Latakiya şəhəri yaxınlığında Kel dağın zirvəsində yeni hərbi bazanın tikintisinə başlayıblar. Bu barədə Hurriyet qəzeti məlumat verir.

Türkiyənin Hatay əyalətindən yük avtomobilləri ilə gətirilmiş hərbi texnika hazırda dağın zirvəsində quraşdırılıb.
Baza ötən il Suriya rejiminin qüvvələri tərəfindən türk təyyarəsi vurulmuş yerin yaxınlığında olacaq, qəzet xəbər verir.
Həmçinin Şanlıurfa əyalətindəki Mürşitpinar sərhəd postuna zirehli texnika və tanklarla dolu yük maşınları gətirilib, məlumatda deyilir.
Bu xəbər oxucular tərəfindən 1073 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed