Şrift:
Yeniçərilərin Piri: Hacı Bekdaşı Vəli
22.11.2011 [12:14] - Türkün şanlı tarixi
“Allah, Allah! İlləllah! Baş uryan, sinə püryan, qılınc al qan. Bu meydanda nə qədər başlar kəsilər. Qəhrimiz, qılıncımız düşmənə ziyan! Qulluğumuz padşaha ayan! Üçlər, yeddilər, qırxlar! Gülbangı Məhəmmədi, Nuru Nəbi, Kərəmi Əli... Pirimiz, sultanımız Hacı Bekdaşı Vəli...”

Hacı Bekdaşı Vəli Osmanlı dövlətinin quruluş illərində yaşayan övliyaların böyüklərindəndir. Adı, Seyid Məhəmməd bin İbrahim Ata, ləqəbi Bektaşdır. Xorasanın Nişabur şəhərində 1281-ci ildə (H. 680) anadan olub. Hacı Bekdaşı Vəlinin soyu həzrəti Əliyə dayanır. 1338-ci (H. 738) ildə Kırşehirə yaxın bir yerdə vəfat edib. Vəfatı haqqında başqa rəvayətlər də vardır. Türbəsinin olduğu qəsəbəyə sonradan Hacıbekdaş adı verildi.


Hacı Bekdaşı Vəli uşaqkən elm öyrənməsi üçün ailəsi tərəfindən Şeyx Loğman Saltonun yanına verildi. Loğman Salto isə Əhməd Yəsəvi həzrətlərinin xəlifələrindən olub, zahir və batini elmlərində çox dərinləşmişdi. Bekdaşı Vəlinin daha uşaqkən bir çox kəramətləri vardı. Bir gün Loğman Salto onun yanına girmiş və otağını nur ilə dolu görüncə çaşmışdır. Bu sırada; Bekdaşı Vəlinin iki yanında, Qurani Kərim oxuyan iki nurani şəxs dayanmışdı. Loğman Salto onun yanına girincə, bunlar yox olur. Loğman Salto, Bekdaşı Vəliyə onların kim olduğunu soruşur. O da; “Biri Sərvəri aləm əfəndimiz digəri isə həzrəti Əli idi” cavabını verir.

Yenə bir gün müəllimindən dərs dinlərkən, namaz vaxtı gəlir. Müəllimi xidmətçisindən dəstəmaz almaq üçün su istəyir. Bekdaşı Vəli müəlliminə: “bir nəzər etsəniz də, su buradan axsa, çölə getməyə gərək olmasa” deyir. Müəllimi: “Mənim qüdrətim bunu etməyə çatmaz” cavabını verir. Bunun üzərinə o sırada Bekdaşı Vəli, Allahu Təalaya dua edir. Müəllimi də “Amin” deyir. O anda mədrəsənin ortasında lətif bir su çıxıb, qapıya doğru axmağa başlayır. Mənbənin başında isə rəng-rəng çiçəklər açır.

Bu hadisədən bir müddət sonra, Loğman Salto həccə gedir. Ərafatda qibləyə doğru döndükləri əsnada, tələbələrinə; “Bu gün Ərəfədir, indi bizim evdə yeməklər bişirilir” deyir. Bu söz, Allahu Təalanın qüdrətiylə, Bekdaşı Vəliyə əyan olur. Tam o sırada müəlliminin evində yeməklər bişirdi. Bekdaşı Vəli dərhal bir nimçə yeməyi alıb bir anda müəlliminə təqdim edir. Müəllimi Nişabura dönüncə, onun bu kəramətini hər kəsə izah edir və Hacı ləqəbini verir. Bu əsnada Xorasanda olan alimlər, Loğman Saltoya həcc mübarəkəsinə gəldiklərində, mədrəsədə axan suyu görüncə çaşdılar. Bunun səbəbini soruşduqda Loğman Salto: “Bu kəramət, Hacı Bekdaşındır” deyir. Sonra onun göstərdiyi kəramətlərini gələn alimlərə izah edir. Onlar bütün bunların bir uşaqdan zühur etməsinə qəribə qarşıladılar. Bunun üzərinə Hacı Bekdaşı Vəli, alimlərə; “Mən, Rəsulu əkrəmin soyundanım. Mənə bunları çox görməyin. Bunlar, Allahu Təalanın mənə bir lütfkarlığıdır” deyir.

Hacı Bekdaşı Vəli, təhsilini tamamladıqdan sonra Anadoluya gəlir. Xalqa doğru yolu göstərməyə başlayan Hacı Bekdaşı Vəli, qısa zamanda tanınaraq böyük rəğbət görür. Bu sırada Anadoluda dini, iqtisadi, əsgəri və ictimai təşəkkül olan və özünün də bağlı olduğu “Ahılıq təşkilatı” ilə böyük xidmətlər göstərən Hacı Bekdaşı Vəli və tələbələri, Osmanlı sultanları tərəfindən də sevildi və hörmət gördü. Bu sıralarda quruluş dövründə olan Osmanlı dövlətinin möhkəm təməllər üzərinə oturmasında böyük xidmətləri və himmətləri oldu. Sultan Orxan zamanında təşkil edilən Yeniçəri ordusuna dua edərək, əsgərlərin kürəklərinə əl çəkdi. Onlara İslamiyyətdən ayrılmamalarını nəsihət etdi. Beləcə, Hacı Bekdaşı Vəlini özlərinə mənəvi pir olaraq qəbul edən Yeniçəri ordusu, mənəvi həyatını və intizamını ona bağladı. Hacı Bekdaşı Vəli, əsrlərcə Yeniçəriliyin piri, ustadı və mənəvi himayəçisi olaraq bilindi. Bu bağlılıq və söhbət, Yeniçərilərin sülh zamanındakı təlimləri və hərblərdəki səy və qəhrəmanlıqlarında çox müsbət nəticələr verdi. Bütün bunlar, xalq ilə Yeniçərilər arasındakı yaxınlığı qüvvətləndirdi. Yeniçərilər, dərvişlər kimi cihad əzmiylə dolu və görülməmiş dərəcədə qəhrəman və fədakar oluşlarında, bu hadisələr müsbət təsirlər göstərdi. Yeniçərilərin;
“Allah, Allah! İlləllah! Baş uryan, sinə püryan, qılınc al qan. Bu meydanda nə qədər başlar kəsilər. Qəhrimiz, qılıncımız düşmənə ziyan! Qulluğumuz padşaha ayan! Üçlər, yeddilər, qırxlar! Gülbangı Məhəmmədi, Nuru Nəbi, Kərəmi Əli... Pirimiz, sultanımız Hacı Bekdaşı Vəli...” deyərək döyüşə başlamaları, bunun mənalı bir ifadəsidir.
Hacı Bekdaşı Vəlinin Malalat adlı Ərəbcə bir əsəri vardır. Sonradan nəfəs adıyla yazılan və onun adına çıxılan şeirlər onun deyil.
Buyurdu ki: “Təriqətin, təsəvvüf yolunun ilk mövqesi, bir alimə cani könüldən bağlanıb, tövbə etməkdir. Tövbə, cani könüldən olan peşmanlıqdır və mütləq edilməlidir. Tövbə edərkən gözyaşı tökməlidir. Tövbəni qəbul edəcək Allahu Təaladır. Tövbə etdikdən sonra ONA təvəkkül etməlidir. İkinci mövqesi, tələbə olmaqdır. Üçüncü mövqesi, mücahide, nəfsə çətin gələn, nəfsin istəmədiyi şeyləri etməkdir. Dördüncü mövqesi, müəllimə xidmətdir. Beşinci mövqesi, qorxudur. Altıncı mövqesi, ümidli olmaqdır. Yeddinci mövqesi, şövqdür və kasıblıqdır.

Bacarığın birinci mövqesi ədəb, ikinci mövqesi, qorxudur. Üçüncü mövqesi, az yeməkdir. Dördüncü mövqesi, səbir və qanaddır. Beşincisi, utanmaqdır. Altıncı mövqesi, comərdlikdir. Yeddinci mövqesi, elmdir. Səkkizinci mövqesi, bacarıqdır. Doqquzuncu mövqesi, öz nəfsini bilməkdir”.
1338-ci ildə vəfat edən Hacı Bekdaşı Vəlinin dərslərini və söhbətlərini təqib edərək onun təriqətinə bağlananlara, təsəvvüfdəki üsula uyğun gəlilərək “Bektaşi” deyildi. Bu təmiz, etiqadları düz olan və ibadətlərini edən Bekdaşilər zamanla azaldı. Daha sonra edilən bir sıra dəyişikliklər səbəbiylə, həqiqi Bekdaşilik unuduldu və zamanımızdan yüz il əvvəl isə heç qalmadı…

Hacı Bekdaşı Vəlinin şiəliklə əlaqəsi olduğunu söyləyənlər yanında, bəziləri də onun Ata Rəsulun xəlifəsi olduğunu, namaz qılmadığını və şəriətə aldırmadığını qeyd etməkdədirlər. Halbuki “Makalat”ın əsl nüsxələri tədqiq edildiyində, onun; İslam dininə möhkəm-möhkəm bir şəkildə bağlı, İslamiyyətə uyğun gəlməyən davranışlara şiddətlə qarşı çıxan mübarək bir vəli olduğu aydın olmaqdadır.
Digər tərəfdən Hacı Bedkaşı Vəli dövrünə ən yaxın zamanda yazılmış olan Tiryakü'l-Muhibbin'de Vasıti onun Əhmədi Yəsəviyə mənsub olduğunu zikr etməkdə və bu silsiləni verməkdədir:
əs-Seyid Bekaş əl-Xorasanı, Əhmədi Yəsəvi, Abdülhalık Goncdüvani, Yusufu Həmədani, Əbu Əli Farmedi, Əbul-Həsən Harkani, Abdülkasım Gürgani, Əbu Osman Məğribi və Cüneydi Mağdadi yolu ilə həzrəti Əliyə çatmaqdadır.

BİR DƏRGAH İSTƏYİRİK

Hacı Bekdaşı Vəli, hər gün gəlib, indiki dərgahının olduğu yerdə otururdu. Onu sevənlər; “Yəqin Hacı Bekdaşı Vəli həzrətləri burada bir dərgah bina edilməsini istəyir, ona görə gəlib burda oturur” deyirlər. Daha sonra Hacı Bekdaşı Vəlinin xidmətini görən Sarı İsmayıla, Hacı Bekdaşı sevənlərdən biri, bura bir dərgah inşa etdirməyə niyyət etdiyini söylədi. Sarı İsmayıl da, gəlib vəziyyəti müəlliminə ifadə etdi. Hacı Bekdaşı Vəli; “Ona söylə, bir usta gətirsin. Biz istədiyimiz böyüklükdə bir dairə çəkək. Ayrıca kifayət qədər daş gətirdib, yondursun, hazır etsin” deyir.
Sarı İsmayıl, bu vəziyyəti həmin şəxsə bildirincə çox sevindi və dərhal bir memar gətirdi. Hacı Bekdaşı Vəli də qalxıb, mübarək əliylə indiki dərgahın olduğu yeri çəkdi. O memar da, dərgahın inşası üçün çatacaq qədər daş gətirdib, yondurdu. Daşların yonulma işinin bitdiyi gecənin səhəri, hər kəs, dərgahın inşa edilmiş olduğunu gördü. Dərgahı inşa etdirən şəxs, dərhal Sarı İsmayılın yanına gəlib; “Mən bu binanın inşa etdirilməsi üçün usta gətirdim, daş gətirdim və inşa etdirmə savabına qovuşmaq istədim. Lakin hər kimsə bir gecədə tikintini bitirib” deyərək kədərlərini ifadə edir. Sarı İsmayıl, vəziyyəti dərhal müəllimi Hacı Bekdaşı Vəliyə bildirir. Bunun üzərinə Hacı Bekdaşı Vəli; “Ey İsmayıl! O məni sevənə söylə, bu dərgahı zahirdən biri gəlib etdirmədi. Allahu Təalanın icazəsilə bir anda edildi. Savabı yenə onun əməl dəftərinə yazılmışdır” deyir. İsmayıl vəziyyəti dərhal həmin şəxsə bildirdi. O şəxs də Allahu Təalaya şükr səcdəsi etdi.
Bu xəbər oxucular tərəfindən 866 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed