Şrift:
Dünya şöhrətli şairimiz Nizami Gəncəvinin Sirlər xəzinəsi poeması özbək dilində nəşr olunacaq
11.09.2013 [12:44] - Türk dünyası-Turan, Mədəniyyət
Dünya şöhrətli şairimiz Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması özbək dilində nəşr olunacaq
Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə Özbəkistanda Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri özbək dilinə tərcümə edilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərcüməçi, alim Olimcan Buriyev tərəfindən özbək dilinə tərcümə olunan kitab Daşkənddəki Əlişir Nəvai adına Ədəbiyyat Muzeyində çapa hazırlanır.
Kitaba “Ön söz”ün müəllifi akademik Əziz Kayumov, təzkirəçi professor Xamidcan Xamididir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitabın çap olunduqdan sonra Mərkəzdə təqdimatının keçiriləcəyini, habelə gələcəkdə bu qurumun layihəsi ilə Nizami Gəncəvinin “Xəmsə”sinin bütövlükdə özbək dilinə tərcüməsinin nəzərdə tutulduğunu bildirib.
Kitabın Özbəkistanın böyük kitabxanalarına, ali məktəb, elmi- tədqiqat institutlarının kitabxanalarına, habelə Nizami irsi ilə maraqlanan ədəbiyyatşünaslara hədiyyə edilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 1834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed