Şrift:
Türkiyə T-122 Sakarya tipli reaktiv atəş sistemlərinin və raketlərin əsas hissəsini Azərbaycana təhvil verib
11.09.2013 [13:13] - Gündəm, Hərb
Azərbaycandan alınan sifarişlər üzrə çatdırılmalar bu ilin sonunadək başa yekunlaşacaq

Türkiyənin ROKETSAN şirkəti Azərbaycandan aldığı sifarişlər üzrə çatdırılmaları bu ilin sonunadək tamamlayacaq.ROKETSAN şirkətindən məlumat verilib.



Artıq Azərbaycanın sifariş verdiyi T-122 «Sakarya» tipli reaktiv atəş sistemlərinin və raketlərin önəmli hissəsi təhvil verilib. T-300 «Kasırğa» sistemlərinin istehsalı və sınaqları isə davam etdirilir. Azərbaycanın sifariş verdiyi «Kasırğa» sistemi Türkiyənin silahlanmasındakı analoji sistemlərlə müqayisədə təkmilləşdirilib.



ROKETSAN-ın Azərbaycan üçün hazırladığı universal reaktiv atəş sistemi bir maşın üzərindən həm 122, həm də 300 mm çaplı raketlərdən atəş açmağa imkan verəcək.



Qeyd edək ki, Azərbaycanın Türkiyədən aldığı T-122 «Sakarya» reaktiv atəş sistemləri cari ilin iyun ayında Bakıda keçirilən hərbi parada nümayiş olunub. Bu sistemlər mənzili artırılmış mərmilərlə düşmənin 40 km uzaqlıqdakı hədəflərini məhv etmək gücünə malikdir.
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed