Şrift:
AMEA-da “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub
12.09.2013 [12:18] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı" adlı monoqrafiya nəşr olunub.
Tarix İnstitutundan verilən məlumata görə, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi və baş redaktorluğu ilə nəşr edilən monoqrafiya erməni işğalı altında qalan qədim Azərbaycan yurdu Qubadlının tarixi haqqındadır. Əsər ən qədim zamanlardan yaşadığımız günlərədək Qubadlı tarixini əhatə edir. Tədqiqatda Qubadlının qədim Azərbaycan torpağı Zəngəzurun ayrılmaz tərkib hissəsi olması təkzibolunmaz tarixi faktlar və arxiv sənədləri əsasında sübut olunur. Əsərdə Qubadlının qəhrəman oğullarının erməni işğalçılarına qarşı mübarizəsinə, erməni təcavüzkarlarının rayon ərazisində törətdikləri dağıntılara, tarixi abidələri məhv etmələrinə və törətdikləri vəhşiliklərə dair faktlara geniş yer verilib. 5 fəsildən ibarət olan monoqrafiya elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Monoqrafiyanın yığcam variantı rus və ingilis dillərində də nəşr edilib.
Bu xəbər oxucular tərəfindən 949 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed