Şrift:
İtkin düşmüş azərbaycanlılarla bağlı problemlər hələ də qalmaqdadır
13.09.2013 [10:02] - Gündəm, Hadisə
Parisdə Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib. İclasda Avropada münaqişələr zamanı itkin düşən insanlar və miqrantlarla bağlı problemlər, qaçqınlara beynəlxalq yardımın təşkili və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Böyük Britaniyadan olan deputat Cim Xeridanın “Avropada münaqişələr zamanı itkin düşən insanlar: bəşəriyyətin cavab tapması üçün yol” adlı məruzəsi ətrafında müzakirələrdə Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədr müavini Rövşən Rzayev də çıxış edib. Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4033 azərbaycanlının itkin düşdüyünü diqqətə çatdıran deputat qeyd edib ki, ölkənin müvafiq qurumlarının gördüyü tədbirlər və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi sayəsində 1422 nəfərin taleyi ilə bağlı məsələ öz həllini tapıb: “Təəssüflər olsun ki, itkin düşmüş azərbaycanlılarla bağlı problemlər hələ də qalır. Biz beynəlxalq təşkilatların bu məsələ ilə bağlı əlaqədar daha ciddi mövqedən çıxış etməsini gözləyirik”.

İclasda itkin düşən insanlarla bağlı müəyyən təkliflər səsləndirilib. Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin problemə dair ətraflı arayış hazırlayıb AŞPA komitəsinə təqdim etməsinin vacib olduğunu vurğulayıb.

Komitə üzvləri miqrantlar, qaçqınlar və məcburi köçkünlər məsələsinin AŞPA-nın payız sessiyasında müzakirə olunmasını qərara alıblar.
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed