Şrift:
Prezidentliyə namizədlərin mitinq keçirə biləcəyi yerlərin siyahısı açıqlandı
13.09.2013 [11:08] - Xəbərlər, Gündəm
Bir neçə gündən sonra prezidentliyə namizədlərin təbliğat və təşviqat işlərinin aparılmasına rəsmi icazə veriləcək. Bura seçicilərlə birbaşa ünsiyyət də aid olduğu üçün paytaxt Bakı və rayonlar üzrə mitinqlərin keçirilməsi ilə bağlı qapalı və açıq məkanların siyahısı açıqlanıb.

Bu barədə məlumat və siyahı rəsmi dövlət nəşrlərinin dünənki sayında dərc edilib.

Məlumatda qeyd olunur ki, Ağdam və Füzuli rayonları cəbhə xəttinə yaxın olduqları üçün bu rayonlarda açıq yer nəzərdə tutulmayıb.

İşğal altında olan rayonların seçiciləri isə müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda müəyyən edilmiş açıq və qapalı yerlərdən istifadə edə bilər.

Şəhər və rayon mərkəzlərində müəyyən edilmiş yerlər aşağıdakılardır:

Binəqədi rayonu Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış məntəqəsindəki boş sahə.

Sulutəpə yaşayış məntəqəsi, 4-cü Mədən yolu, Binəqədi qəsəbəsi, İdman kompleksinin örtülü zalı,2-ci Mədən küçəsi 93.

Xətai rayonu Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz ərazidəki meydança,Zığ yolu küçəsi 18. Əhmədli qəsəbəsi,"Bakı" kinoteatrı, Sarayevo küçəsi 20.

Xəzər rayonu Türkan qəsəbə parkının yanındakı meydan.

Türkan qəsəbəsi, Xanlar küçəsi, Mərdəkan qəsəbəsi, Nizami adına mədəniyyət evi, Yesenin küçəsi 44.

Qaradağ rayonu Sahil qəsəbəsi, tamponaj idarəsinin qarşısındakı boş meydança.

Sahil qəsəbəsi, Balıqçılar küçəsi,tamponaj idarəsinin akt zalı.

Nərimanov rayonu "Ulduz" metrostansiyasının qarşısındakı meydan,Araz küçəsi 4.

Əhalinin mədəni kütləvi tədbirlər evi,Həsənoğlu küçəsi 2.

Nizami rayonu 8 km. yaşayış sahəsi ərazisindəki idman meydançası,2386-cı məhəllə.

Keşlə qəsəbəsi, Əhalinin mədəni kütləvi tədbirlər evi,

Sabir küçəsi 1.

Nəsimi rayonu 1-ci mikrorayon ərazisində yerləşən parkdakı meydança,Asif Məhərrəmov küçəsi 27 A, "Sənayeavtomatika" İB-in klubu,G.Səfərəliyeva küçəsi 22.

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən "Azneftgeofizika" Trestinin qarşısındakı idman meydançası.

Yavər Əliyev küçəsi,Sabunçu qəsəbəsi, "Abşeron Yüksək Gərginlikli Elektrik Şəbəkəsi" MMC-nin akt zalı,

Ə.Məmmədəliyev küçəsi 2.

Səbail rayonu 20-ci yaşayış sahəsi, sürücülük məktəbinin həyətindəki meydança, Elçin Əzizov küçəsi.

Bibiheybət qəsəbəsi, Mədəniyyət evi, Məktəb küçəsi 5.

Suraxanı rayonu Hövsan qəsəbəsi, Mədəniyyət evinin qarşısındakı meydança, C.Xanməmmədov küçəsi 19 b, Qaraçuxur qəsəbəsi, Qurban Abbasov adına Mədəniyyət Sarayı, K.İsmayılov küçəsi 18.

Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionu,

M.Seyidov küçəsi, 3155-ci məhəllə, Əhalinin mədəni-kütləvi tədbirlər evi, A.M.Şərifzadə küçəsi 108.

Pirallahı rayonu Pirallahı qəsəbəsi ərazisindəki boş meydança,S.Vurğun küçəsi 56, Pirallahı qəsəbəsi, İdman kompleksinin örtülü zalı, S.Vurğun küçəsi 54.

Gəncə şəhəri "Spartak" stadionu, C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı.

Sumqayıt şəhəri "İnşaatçılar" stadionu, "Nizami" kinoteatrı.

Yevlax şəhəri C.Mustafayev küçəsində yerləşən idman meydançası, Dəmiryolçular klubu.

Şirvan şəhəri "Sərvət" şadlıq evinin arxasındakı ərazi, Şirvan şəhər Mədəniyyət evi.

Naftalan şəhəri "Ay-ulduz" şadlıq sarayının yanındakı ərazi, Qaşaltı Qaraqoyunlu kənd Mədəniyyət evi.

Mingəçevir şəhər sürücülük məktəbinin təlim sahəsi, Naxçıvan küçəsi 10/44 ünvanında yerləşən Mədəniyyət evi.

Şəki şəhəri 7 saylı Şəki "Avtonəqliyyat" ASC-nin həyəti, "Şəki-Tütün" ASC-yə məxsus inzibati binanın iclas zalı.

Lənkəran şəhəri Olimpiya İdman Kompleksinin qarşısındakı ərazi, Yuxarı Xanbulan Hidroqovşağı İstismar İdarəsinin inzibati binasının iclas zalı.

Abşeron Meşə İdarəsinin yaxınlığındakı ərazi,Xırdalan şəhər "Quşçuluq" yaşayış massivindəki mərasim evi.

Ağcabədi Kommunal Xidməti və Mənzil-İstismar İdarəsinin həyəti, Qarabağ Muğam Mərkəzi.

Ağdam rayonu Quzanlı qəsəbə Musiqi Kolleci.

Ağdaş rayonu Dövlət Humanitar Kollecinin idman meydançası, Kooperatorlar Cəmiyyətinin iclas zalı.

Ağstafa şəhər stadionu, Ağstafa Elektrik Şəbəkəsinin iclas zalı.

Ağsu rayonu "Ağsu Avtonəqliyyat" ASC-nin həyəti, Ağsu "Aqrotexservis" ASC-nin klubu.

Astara şəhər Kələdəhnə Mədəniyyət evinin qarşısındakı meydan, Astara şəhər Kələdəhnə Mədəniyyət evi.

Barama Toxumu Zavodunun həyəti.

Qullar kənd Mədəniyyət evi.

Beyləqan rayonu "Pambıq ASC"-nin pambıq qəbulu məntəqəsinin həyəti, Suvarma sistemləri idarəsinin akt zalı.

Bərdə rayonu "Etalon" MMC-nin qarşısındakı ərazi,

"CTS Aqro" MMC Bərdə Pambıq İstehsalı və Emalı Zavodunun iclas zalı.

Biləsuvar Rayon Cənub Muğan Kanal İstismar İdarəsinin həyəti, Cənub Muğan Kanal İstismar İdarəsinin iclas zalı.

Cəlilabad rayonu "Aqrotexservis" ASC-nin həyəti, "Aqrotexservis" ASC-nin iclas zalı.

Daşkəsən şəhəri Bayraq meydanının yaxınlığındakı ərazi, Daşkəsən şəhər mərasim evi.

Füzuli rayonu Horadiz şəhər Mədəniyyət evi.

Gədəbəy rayonu sürücülük məktəbinin təlim sahəsi, Gədəbəy şəhər klubu.

Goranboy rayonu Yağlı boya zavodunun yaxınlığındakı ərazi.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed