Şrift:
Ermənilər daha bir əsgərimizi yaraladı
13.09.2013 [11:24] - Gündəm, Hərb
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.Hadisə cəbhənin Goranboy istiqamətində qeydə alınıb.

Ordumuzun əsgəri, 19 yaşlı Amil Rasim oğlu İbrahimov düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, yaralı əsgərin vəziyyəti kafi qiymətləndirilir. Qeyd edək ki, A.İbrahimov Şəki rayonundan hərbi xidmətə çağırılıb.
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed