Şrift:
Bu həftə doğum gününü qeyd edəcəyimiz Milli qəhrəmanlar
22.11.2011 [13:15] - Hərb
Hüseynov Şahlar İsa oğlu

26 noyabr 1968-ci ildə Qərbi Azərbaycanın Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur.. 1986-88-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini Moskva şəhərində keçirmişdir . 1992-ci ildə Gəncə batalyonunun tərkibinə qoşulur. Bir sıra döyüşlərdə fəal iştirak edir. 10 apreldə Marquşevan kəndində döyüşdə iştirak etmiş, uzun sürən döyüşdən sonra Şahlar Hüseynov 1992-ci il 10 apreldə böyük şücaət gösərərək, qəhrəmancasına həlak olmuşdur. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hüseynov Şahlar İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Gəncə şəhərində adına küçə var.
Bu xəbər oxucular tərəfindən 1788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed