Şrift:
Böyük Britaniyanın nüfuzlu The House Magazine jurnalında ermənilərin Azərbaycanın bir neçə rayonunu işğal etməsinə dair banner yerləşdirilib
13.09.2013 [12:52] - Xəbərlər, Diaspor
Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyanın aparıcı siyasi jurnallarından olan “The House Magazine” jurnalının sentyabr buraxılışında Azərbaycanın bir neçə rayonunun ermənilər tərəfindən işğalının 20-ci ildönümünə dair təbliğat banneri yerləşdirib.


AAC-dan verilən məlumata görə, jurnal Britaniyanın üç əsas siyasi partiyasının təmsil olunduğu konfranslarda iştirak edən bütün parlament üzvləri, lordlar və nümayəndələrə paylanıb.



Bannerdə Ağdam, Füzuli, Qubadlı və Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 20 il keçməsi faktı əks olunub.



Qeyd olunur ki, artıq 20 ildir, yüz minlərlə azərbaycanlı öz yurd-yuvalarından didərgin salınıb, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr (822, 853, 874 və 884 saylı qətnamələr) 20 ildir, icra olunmur.



Jurnalda iki azərbaycanlı məcburi köçkünün fotosu da yer alıb - məşhur alman fotoqraf Filip Ratmer tərəfindən çəkilmiş gənc qız və yaşı qadının fotosunun altında “Biz evə nə vaxt gedə bilərik?” sözləri yazılıb.



AAC-ın direktoru Lionel Zetter bildirib ki, “The House Magazine” jurnalının geniş oxucu kütləsi var və nüfuzlu dərgidir: “Təbliğat banneri britaniyalı siyasətçilərə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən ədalətsiz işğalını və 20 ildir evlərinə qayıda bilməyən qaçqın və məcburi köçkünlərin faciəsini xatırladacaq”.
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed