Şrift:
Bu həftə doğum gününü qeyd edəcəyimiz şəhidlər
22.11.2011 [13:16] - Hərb
Ələkbərov Ədalət Nəcəf oğlu

Ələkbərov Ədalət Nəcəf oğlu 1965-ci il 27 noyabrda Bakının Bülbülə qəsəbəsində anadan olub. O, Finlandiyada hərbi xidmət etmişdir. Vətənpərvərlik duyğularını hər şeydən üstün tutan Ədalət erməni işğalçılarının törətdikləri vəhşiliklərə dözə bilmirdi. Buna görə də o, cəbhəyə getməyi özünün vətəndaşlıq borcu saydi. 1992-ci il avqustun14-də Şuşa hadisələri onu çox mütəəssir etmişdi. Ələkbərov Ədalət Nəcəf oğlu Milli Orduda hərbi xidmətə başladı. 1992-ci il oktyabrın 2-də Əmrallar kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak oldu.
Məzarı naməlumdur.

Abbasov Rafiq Cahangir oğlu


Abbasov Rafiq Cahangir oğlu 1961-ci 28 noyabrda Ucarın Lək kəndində dünyaya gəldi. 1980-ci ildə Leninqrada (Sankt - Peterburq) hərbi xidmətə göndərildi. Vətənə müdafiəçilər gərək olanda dostlarıyla könüllü cəbhəyə gedən Rafiq Ağdam şəhərində yaralansa da, Bakıda Travmotolgiya İnstitutunda müalicə olunub öz dostlarının yanına qayıtdı. 22 aprel 1994-cü ildə yaralı ikən ona kömək etmək istəyən dostu Şakirlə qucaqlaşıb Vətənə əlvida dedilər. Onu cismən dostundan ayırıb doğma kəndlərində dəfn etdilər.
Lək kənd 1 saylı məktəb, Hövsan qəsəbəsindəki 126 saylı bağça Rafiq Abbasovun adını daşıyır.
Bu xəbər oxucular tərəfindən 1201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed