Şrift:
MDHP Ali Məclisi prezident seçkiləri ilə bağlı toplandı
15.09.2013 [18:37] - Xəbərlər, MDH, Fərəc Quliyev
Bugün 15.09.2013-cü il tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının Ali Məclisinin yığıncağı keçirildi. Ali Məclisin yığıncağında aşağıdakı məsələlər gündəliyə qoyuldu və müvafiq qərarlar qəbul olundu:

1. MDHP Ali Məclis katibinin seçilməsi məsələsi.
2. Azərbaycan Respublikasında 09 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində MDHP tərəfindən verilmiş namizədin qeydə alınması üçün imzaların toplanması dövründəki fəaliyyətlə bağlı məsələ
3. MDHP-nin prezidentliyə verdiyi namizədin səlahiyyətli nümayəndələrinin təyin edilməsi ilə bağlı məsələ
4. Azərbaycan Respublikasında 09 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində 16-sı sentyabrda başlayacaq təbliğat kompaniyası ilə bağlı məsələ
5. Prezident seçkiləri zamanı dairələr üzrə MDHP tərəfindən müşahidəçilərin verilməsi ilə bağlı məsələ
6. Cari məsələlər

AM-in toplantısından sonra, partiya sədri, prezidentliyə namizəd Fərəc Quliyev seçkilərlə bağlı partiyanın rayon təşkilatlarının rəhbərləri ilə müşavirə keçirdi.
MDHP Ali Məclisi prezident seçkiləri ilə bağlı toplandı

MDHP Ali Məclisi prezident seçkiləri ilə bağlı toplandı

MDHP Ali Məclisi prezident seçkiləri ilə bağlı toplandı


MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed