Şrift:
Obama: İran rəsmiləri başa düşüblər ki...
16.09.2013 [15:55] - Gündəm, Siyasət
ABŞ prezidenti Barak Obama sentyabrın 15-də jurnalistlərə açıqlamasında İran prezidenti Həsən Ruhaniyə Suriya məsələsi ilə bağlı məktub yazdığını bildirib.

Ruhanidən cavab məktubu aldığını təsdiqləyən Obama məktubların təfərrüatını açıqlamadan İranın nüvə məsələsindən danışıb: “Tehran Suriyada sabitliyin bərqərar olunmasında potensial gücə malikdir və bu məsələdə rol oynaya bilər. İran rəsmiləri başa düşüblər ki, bu ölkənin nüvə proqramı Amerika üçün Suriyada kimyəvi silahlardan istifadə olunmasından daha təhlükəlidir.

Nüvə silahına yiyələnmiş bir İranın İsrailə qarşı törədəcəyi təhlükə bizim əsas maraqlarımıza ziddir. İrana tətbiq etdiyimiz kəskin sanksiyalar nəticəsində Tehran beynəlxalq ictimaiyyətin bölgədə nüvə yarışmasının qarşısının alınması yönündə birliyini görəndən sonra bunu başa düşüb. Çünki bu nüvə yarışı bölgənin sabitliyini pozacaq. Güman edirəm ki, hərbi gücdən istifadə təhdidi ilə yanaşı ciddi diplomatik səylər göstərilməsi məsələnin həllinə yardım edə bilər. İranla müzakirələr həmişə çətin olub. Elə buna görə də hesab etmirəm ki, İranın yeni prezidenti Ruhani müzakirələrin aparılmasını asanlaşdırmaq üçün birdən-birə addım atsın”.
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed