Şrift:
Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatından milli mediamıza çağırış
16.09.2013 [20:34] - Xəbərlər, Gənclik, MDH
Dəyərli KİV nümayəndələri, nəinki yaşadığınız ölkələrin hətta dünyanın taleyini dəyişə biləcək güc faktorlarından birisi kimi sizlərin fəaliyyətiniz hər zaman önəm kəsb etməkdədir. İnsanların maariflənməsi, məlumatlanması, formalaşması, düşüncə tərzinin oturuşması baxımından və formalaşan o düşüncənin xalq olaraq özünə hədəf seçməsi və o hədəfə çatması üçün quracağı strategiyada sizin fəaliyyətinizin çox böyük əhəmiyyəti var . Böyük dövlətlərin artıq ölkələrin işğalını qafaların işğalından başlaması , özünün və ya ona bağlı olan mətbu orqanlar qəzetlər televiziyalar vasitəsilə niyyətlərini həyata keçirmək istəkləri danılmazdı. Bu baxımdan biz bu müraciəti sırf milli bağımsız qərəzsiz və yalnız ölkə çıxarları üçün çalışan mətbuat orqanlarımıza ünvanlayırıq.
2013-cü ilin oktyabrında ölkəmizdə keçiriləcək prezident seçkiləri istər ölkəmiz üçün istərsədə bölgəmiz üçün çox önəmli bir prosesdir. Bu prosesin ölkəmizin xeyiri ilə bitməsini istəyənlərdən çox dövlətimizin zəifləməsi və asılı vəziyyətə düşməsini istəyənlər var.
Biz Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı olaraq ölkəmizdə keçiriləcək seçkilərin daha demokratik, milli barışa aparan yol kimi, iddialıların bərabər şərtlər zəminində mübarizələrini apara biləcəkləri dövr kimi, sağlam rəqabətin üstün olduğu, fərdi düşmənçiliklərin savaşı yox siyasi görüşlərin düşüncə tərzlərinin yarışdığı bir dövr olaraq yaddaşlarda qalmasını istəyirik. Eyni zamanda xalqımızın seçimini edərkən doğru qərar verməsini verəcəyi səsin şəxsin deyil düşüncənin hakim olmasına dəstək olduğunu anlayaraq seçimini etməsini arzulayırıq. Və əminik ki, ölkəmizdə hər bir milli media nümayəndəsi , mətbu orqanlarla fikirlərimiz düşüncələrimiz bu mənada eynidir.
Seçki təbliğat təşviqat dövrünün çox qısa olması, xalqın ən çox məlumat ala biləcəyi tv.lərin bu dönəmdə namizədlərə fikirlərinin xalqa çatdırmaq üçün çox cüzi zamanının olması, ödənişli efir vaxtlarının, ödənişli qəzet yayımlarının və başqalarının çox yüksək rəqəmlərlə müəyyənləşdirilməsi iddialarını ortaya qoymuş namizədlərin yada partiya və ya qurumlarının düşüncələrini platformalarını fikirlərini xalqa çatdırması baxımından böyük problemlər doğurur.
Dəyərli milli media nümayəndələri sizləri xalqımızın öz gələcəyini seçərkən doğru qərar verə bilməsi (sizlərdən fədakarlıq edərək) hər bir iddialı namizədin o cümlədən eyni düşüncəni fikirləri ideyaları daşıdıığımız Liderimiz Fərəc Quliyevin ortaya qoyacağı konsepsiyaları platformanı, ölkəmizdəki problemlər və onlardan çıxış yollarını özündə ehtiva edən formulları, xalqa çatdırmaları üçün 1 aydanda qısa zaman kəsiyində mövcud imkanlarınızdan geniş istifadə edərək namizədlərə yer verməyə çağırırıq. Bizim çağırışımız şəxslərin təbliğatı yox düşüncələrin xalqa çatdırılması üçün atılan addımdır. Düşüncələrin isə reklamı olmaz təqdimatı olar. Seçim isə xalqındır.

Çağırışımıza dəstək olacaq hər bir milli dəyərimiz olan mətbuat orqanına öncədən təşəkkür edirik.

Xalqımız doğru seçim etdiyi zaman yalnız və yalnız ən gözəl sərvətimiz olan müstəqil dövlətimiz – AZƏRBAYCANIMIZ qazanacaq.

Sadəcə seçkilərdə deyil hər zaman Azərbaycanımızın qalib olsun!
Bu xəbər oxucular tərəfindən 1267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed