Şrift:
New York Times qəzetinin əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün XİN-ə müraciət ediblər
19.09.2013 [11:58] - Xəbərlər, Gündəm
Biz dәfәlәrlә bildirmişdik ki, Azərbaycanın Xarici İşlər Nazirliyinə “qara siyahı”dan çıxarılma ilә bağlı müxtəlif şәxslәrdәn müraciәtlәr daxil olur. Onlar Azərbaycan tәrәfinә müraciәt edәrәk rısmi Bakının razılığını almaq istәyirlәr. Trend-in məlumatına görə, bunu çərşənbə günün keçirdiyi brifinqdə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.


Abdullayev bildirib ki, ABŞ-ın New York Times qəzetinin Moskva bürosunun müxbirləri Noa Snayder, Viktor Klimenko, Ceyms Hill, Ben Salamon, Devid Herzinkom Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün Azərbaycan XİN-ə müraciət ediblər. Hazırda onların müraciətinə baxılır.
Bu xəbər oxucular tərəfindən 680 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed