Şrift:
İran iki hərbi döyüş döyüş gəmisini Sudana göndərib
20.09.2013 [10:04] - Güney Azərbaycan xəbərləri, Hərb
İran iki hərbi döyüş döyüş gəmisini Sudana göndərib.Türkiyə mətbuatının verdiyi xəbərə görə, İran donanmasına aid olan hərbi texnika Sudanın Xartum limanına doğru hərəkət edib. Sudan rəsmisi polkovnik Əl-Savarmi Xalid gəmilərlə yanacaq, qida və su ehtiyatının daşındığını qeyd edib.

Məlumatda bildirilir ki, gəmidəki İran zabitləri Sudanla danışıqlarda iştirak edəcək. İran rəsmiəri isə gəmilərin dostluq məqsədilə göndərildiyini ifadə edərək iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə diqqət çəkiblər.

Xatırladaq ki, Sudan lideri Ömər Əl Bəşir bu keçirilən prezident seçkilərindən sonra İranın yeni seçilmiş prezidentinin and içmə mərasiminə qatılmışdı.
Bu xəbər oxucular tərəfindən 1021 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed