Şrift:
Nazirlər Kabineti 2014-cü il üzrə büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan prezidentinə təqdim olunması barədə qərar verib
21.09.2013 [13:21] - İqtisadiyyat
Layihədə ölkənin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olmasına xüsusi diqqət yetirilib

Sentyabrın 20-də Nazirlər Kabinetində baş naziri Artur Rasizadənin sədrliyi ilə 2014-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.


“AzərTAc”ın verdiyi məlumata görə, iclasda çıxış edən A. Rasizadə dövlət büdcəsi layihəsinin son illər ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər və dünya iqtisadiyyatında müşahidə olunan meyllər nəzərə alınmaqla tərtib edildiyini vurğulayıb.



Layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələlərinə xüsusi diqqət yetirilib.



Büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan prezidentinə təqdim edilməsi barədə müvafiq qərar qəbul olunub.
Bu xəbər oxucular tərəfindən 1070 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed