Şrift:
İran 6 ay ərzində atom silahı əldə edə bilər
23.09.2013 [10:16] - Gündəm, Hərb
Bu barədə İsrailin beynəlxalq münasibətlər, strateji məsələlər və kəşfiyyat üzrə naziri Yuval Ştaynits «İsrael ha-yom» qəzetinə müsahibəsində bildirib.
«İTAR-TASS»-ın məlumatına görə, O, «Tehranla gələcək danışıqlar üçün vaxt qalmadığını» söyləyib. «İran hələ də hesab edir ki, beynəlxalq ictimaiyyətlə danışıqlar apararaq, manevr etməyə vaxtı qalır. Nə qədər ki ABŞ-ın (Amerika Birləşmiş Ştatları) hərbi əmələiyyatlara başlayacğı təhlküəsi yoxdur, Tehran öz nüvə proqramını dayandırmayacaq. Hamı başa düşməlidir ki, özümüz-özümüzü qorumasaq, bizi kiməs xilas etməyəck. Ona görə də biz İranın atom silahı əldə etməməsi üçün bütün imkanlardan istifadə etməliyik»-deyə nazir vurğulayıb. Mənbə xatırladıb ki, sentyabrın 30-da İsrailin baş naziri Netanyahunun ABŞ prezidenti Barak Obama ilə görüşü planlaşdırırılıb. Həmin görüşdə İran ətrafındakı vəziyyətin əsas müzakirə mövzusu olacağı bildirilib.
Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed