Şrift:
Elçin Əfəndiyev kitabdan danışdı
23.09.2013 [13:51] - Mədəniyyət
"Hər bir elmin, incəsənətin, maarifin, mədəniyyətin, ictimai fikrin əsasında kitab dayanır"

“Qobustan qayalarındakı rəsmlərimiz ibtidai insanın bizə yadigar qoyduğu kitablardır"

“Qobustan qayalarındakı rəsmlərimiz ibtidai insanın bizə yadigar qoyduğu kitablardır”.Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Elçin Əfəndiyev deyib. Baş nazirin müavini əlavə edib ki, Azərbaycanda III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı son dərəcə fərəhli bir hadisədir:

“Bu yalnız kitabın deyil, bütövlükdə Azərbaycan mədəniyyətin, ictimai fikrinin, elminin, incəsənətinin bayramıdır. Kitab bəşəriyyətin, insanlığın ən böyük kəşflərindən biridir və əgər kitab olmasaydı, elmlərin də inkişafı olmazdı”.

Elçin Əfəndiyev əlavə edib ki, əslində kitab hər zaman insanla birlikdə olub. Hər bir elmin, incəsənətin, maarifin, mədəniyyətin, ictimai fikrin əsasında kitab dayanır:

“Hesab edirəm ki, Qobustan qayalarındakı rəsmlərimiz ibtidai insanın bizə yadigar qoyduğu kitablardır. Hər zaman kitab bu və ya digər formada insanla birgə olub. Heydər Əliyev vaxtilə nəşriyyatlar haqqında fərman imzalayıb və bununla da bütün nəşriyyatlardan lisenziyalar götürülüb. Ondan sonra bütün nəşriyyatlar öz fəaliyyətlərini qurublar. Hazırda prezident İlham Əliyevin sərəncamı ilə minlərlə kitab çap olunur və kitabxanalara paylanılır. Hesab edirəm ki, kitaba bu hörmət xalqa hörmətin təzahürüdür”, - deyə baş nazirin müavini bildirib.
Bu xəbər oxucular tərəfindən 1340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed