Şrift:
Nyu-Yorkda İran və Böyük Britaniya xarici işlər nazirləri arasında görüş keçirilib
24.09.2013 [11:10] - Siyasət
Nyu-Yorkda İran və Böyük Britaniya xarici işlər nazirləri arasında görüş keçirilib AA+A-
[ 24 Sentyabr 2013 10:22 ]





İran və Böyük Britaniya xarici işlər nazirləri arasında görüş keçirilib.



“Radiofərda”ın məlumatına görə, Məhəmməd Cavad Zərif və Uilyam Heyq sentyabrın 23-də BMT Baş Assambleyasının Nyu-York şəhərində keçiriləcək növbəti sessiyası çərçivəsində bir araya gəliblər.



Görüşdə ikitərəfli əlaqələrin yaxşılaşdırılması, İran və Böyük Britaniya səfirliklərinin yenidən fəaliyyətə başlaması üçün maneələrin aradan qaldırılması, İranın nüvə proqramı, Suriya böhranı və digər regional və qlobal məsələlər müzakirə edilib.



Qeyd edək ki, 2011-ci il noyabrın 29-da Böyük Britaniyanın İrandakı səfirliyinin binası qarşısında kütləvi aksiya keçirilib. Səfirliyin qarşısına toplaşan kütlə ABŞ, Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar. Hadisədən sonra Böyük Britaniya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb, İran diplomatları da Londondan çıxarılıb.
Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed