Şrift:
Bakıda Qaçqın statusunun müəyyənləşdirilməsi prosesinə dair seminar keçiriləcək
25.09.2013 [10:46] - Xəbərlər, Sosial
Avropa İttifaqı(Aİ) tərəfindən maliyyələşdirilən sığınacaq sistemlərinin keyfiyyət təşəbbüsü layihəsi çərçivəsində, BMT QAK Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun müəyyənləşdirilməsi prosesində iştirak edən əməkdaşları üçün 25-27 sentyabr tarixlərində üç günlük təlim təşkil edir.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilir ki, təlimin məqsədi qaçqınların və sığınacaq axtaran şəxslərin himayəsini gücləndirmək məqsədi ilə milli qaçqın statusunun müəyyənləşdirilməsi prosedurlarının keyfiyyətin yaxşılaşdırılması üçün DMX-nin işçi heyətinin bacarıqlarını artırmaqdır. Azərbaycan Respublikası 2013-ci ilin aprel ayında fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyət təşəbbüsü layihəsində iştirak edən altı ölkədən biridir. İki illik layihə Avropa İttifaqı və BMT QAK tərəfindən birgə maliyyələşdirilir.

Layihə BMT QAK tərəfindən həyata keçirilir və altı ölkədə sığınacaq prosedurları və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlib. Azərbaycan Respublikası ilə yanaşı, layihə Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı da əhatə edir.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed