Şrift:
Rusiya Xəzər flotilyasının döyüş sıralarına yeni hərbi gəmi daxil edir
26.09.2013 [12:58] - Hərb
Rusiya Xəzər flotilyasının döyüş sıralarına yeni hərbi gəmi daxil edir.



Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, artıq 21631 («Buyan-M») layihəli «Qrad Sviyajsk» kiçik raket gəmisinin döyüş və hərəkət sınaqları yekunlaşıb.



Sınaqlar zamanı gəminin tufanlı havada və 25 mil sürətdə (təxminən 50 km/saat) hərəkət imkanları yoxlanıb.



Hazırda 21631 layihəli "Uqliç" kiçik raket gəmisinin Xəzər dənizində dövlət sınaqlarının keçirilməsinə hazırlıq görülür.



2013-cü ilin sonuna kimi "Qrad Sviyajsk", "Uqliç" raket gəmilərinin və «Qraçnok» anti-diversiya katerinin dövlət sınaqlarının bütün mərhələləri yekunlaşdırılaraq Xəzər flotilyasının döyüş tərkibinə qəbul ediləcək.
Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed