Şrift:
Milli qəhrəmanlardan bəhs edən Qartal yuvası
27.09.2013 [14:08] - Gündəm, Mədəniyyət
Milli qəhrəmanlardan bəhs edən «Qartal yuvası» sənədli-bədii filminin çəkilişləri başa çatıb. Filmin rejissoru və prodüseri Elnur Əliyevin verdiyi məlumata görə, ekran əsəri Qazax rayonundan olan üç milli qəhrəman: Rafiq Alicanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyatı və döyüş yolu haqqındadır. Rejissor bildirib ki, çəkilişlər Qazax, Füzuli, Şamaxı rayonlarında aparılıb. Filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır. Film Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək İctimai Birliyinin köməkliyi ilə çəkilib.
«Qartal yuvası» Elnur Əliyevin milli qəhrəmanlara ithaf olunan sayca ikinci filmidir. Rejissor Gədəbəy rayonunun dörd milli qəhrəmanının döyüş yolundan bəhs edən «Alınmaz qalanın qəhrəmanları»ı filmini çəkib. Elnur Əliyev 2013-cü ildə «Ən yaxşı gənc prodüser» nominasiyasında «İlin gənc kinematoqrafı» Milli Mükafatına layiq görülüb.
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed