Şrift:
İran və Amerika xarici işlər nazirləri arasında təkbətək görüş keçirilib
28.09.2013 [10:22] - Gündəm, Siyasət
İran və Amerika xarici işlər nazirləri arasında təkbətək görüş keçirilib
İran və ABŞ (Amerika Birləşmiş Ştatları) xarici işlər nazirləri arasında qısa təkbətək görüş keçirilib.
Məhəmməd Cavad Zərif və Con Kerri sentyabrın 27-də Nyu-York şəhərində BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) mənzil-qərargahında İran və “altılıq” ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçirilmiş nüvə müzakirələri zamanı bir araya gəliblər.
Görüşdə İran və ABŞ nümayəndə heyətləri, həmçinin Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton da iştirak edib.
Qeyd edək ki, İran və ABŞ XİN (xarici işlər nazirliyi) rəhbərləri arasında görüş sonuncu dəfə 1979-cu ildə İbrahim Yəzdi ilə Sayrus Vens arasında keçirilib.
Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed