Şrift:
Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini Qazax, Tərtər və Füzuli cəbhəsində atəşə tutublar
28.09.2013 [10:39] - Gündəm, Hərb
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndinda yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi atəşə tutub.



Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed