Şrift:
İrəvan İES-i Azərbaycan kömürü ilə işləyəcək
28.09.2013 [12:15] - Gündəm, İqtisadiyyat
İşğal altındakı ərazilərimizin yeraltı-yerüstü sərvətlərinin erməni işğalçıları tərəfindən amansızcasına talan edilməsi davam edir
Region İşğal altındakı ərazilərimizin yeraltı-yerüstü sərvətlərinin erməni işğalçıları tərəfindən amansızcasına istismar və talan edilməsi təbii ki, yeni məsələ deyil. Bu sıraya Azərbaycanın kömür ehtiyatları da daxildir.

Hələ 2012-ci ilin oktyabrından Ermənistandakı “Cənubi Qafqaz dəmiryolu” SC Azərbaycanın işğal altındakı Dağlıq Qarabağdan kömür ehtiyatının Ermənistana qanunsuz nəqli ilə məşğul olur. Musavat.com erməni KİV-ə istinadən verdiyi xəbərə görə, illik daşınmanın həcmi 1,5 milyon ton təşkil edir.

Ermənistanın energetika naziri Armen Movsisyan bildirib ki, İrəvan İstilik Elektrik Stansiyası (İES) artıq bu ildən Qarabağdan gətirilən kömür əsasında elektrik enerjisi istehsal eləməyə başlayacaq.
Bu xəbər oxucular tərəfindən 877 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed