Şrift:
Bakıda prezidentliyə namizədin şəklini cıran daha bir nəfər tutuldu
28.09.2013 [13:22] - Gündəm, Hadisə
O, 25 sutka inzibati həbsə məhkum edilib

Hadisə Azərbaycanda prezidentliyə namizədin şəklini cıran daha bir nəfər həbs edilib. Nərimanov Rayon Məhkəməsindən verilən məlumata görə, Bakı şəhər sakini, 30 yaşlı Şahin Şamil oğlu Rzayev dünən paytaxtın Ağa Nemətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən tablodan prezidentliyə namizəd Cəmil Həsənlinin şəklini cırarkən Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində protokol tərtib edilərək materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş. Rzayev 25 sutka inzibati həbsə məhkum edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli də prezidentliyə namizədlərin şəkillərini cırdığı üçün 25 sutka inzibati həbsə məhkum edilib.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed