Şrift:
Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayır
30.09.2013 [12:07] - Xəbərlər, Gündəm
Oktyabrın 1-də Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrliyi Avstraliyadan təhvil alacaq.


Bu, Azərbaycanın BMT TŞ-də ikinci sədrliyidir.



BMT Nizamnaməsinə əsasən TŞ dünyada sülh və təhlükəsizliyin qorunması üçün məsuliyyət daşıyan əsas orqandır. TŞ 5-i daimi (ABŞ, Rusiya, Britaniya, Çin, Fransa) olmaqla 15 üzvdən ibarətdir. 10 müvəqqəti üzv Baş Assambleya tərəfindən 2 illiyə seçilir. Hər ölkə bir ay ərzində qurumda sədrlik edir.



Xatırladaq ki, Azərbaycan 2011-ci ilin oktyabrında ilk dəfə BMT TŞ-nin müvəqqəti üzvü seçilib və ötən ilin mayında TŞ-yə ilk dəfə sədrlik edib.
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed