Şrift:
Azərbaycandan Googlea rəsmi etiraz
01.10.2013 [14:47] - Gündəm, Hüquq
Elman Abdullayev: "Bu cür təhrifləri gördükdə müdaxilə edilməlidir"
“Google” şirkətinə rəsmi etiraz edilib.Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məsələ diqqət mərkəzindədir və “Google EARTH” axtarış sistemində ölkənin işğal olunmuş ərazilərində coğrafi adların təhrif olunmasına hər zaman reaksiya verir, müvafiq tədbirlər görür. XİN rəsmisi bildirib ki, Azərbaycan vətəndaşlarının da bu məsələdə iştirakı və müdaxiləsi vacibdir.

“Bu portal ictimaiyyətə açıqdır. Ermənilər bundan istifadə edərək dəyişiklilər edirlər. Azərbaycan vətəndaşları bu məsələni diqqətdə saxlamalıdır. Biz bu mübarizəni birgə aparmalıyıq. Bu bir çağırışdır. Azərbaycan tərəfi üzərinə düşən öhdəlikləri edir. Azərbaycanlılarda bu cür təhrifləri gördükdə müdaxilə etməlidir. Bu milli məsələdir,milli borcdur.”
Bu xəbər oxucular tərəfindən 979 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed