Şrift:
Fərəc Quliyevin hakimiyyət komandasında ancaq partiya üzvlərimiz olmayacaq
02.10.2013 [10:05] - Gündəm, Müsahibə, MDH
Bayram Abbasov: “Sizin bizimlə müqayisə etdiyiniz partiyalar Qərbin dəstəyini almaq üçün əvvəlcə partiyalarının məramnamələrində olan türkçülüklə bağlı bəndləri çıxardılar, Qərbdən bir şey ala bilməyəndən sonra da ba başları Rusiyanın qoltuğundan çıxdı.”

Abbasov Bayram Abbas oğlu 15 mart 1956-cı ildə Qərbi Azərbaycanda anadan olub. Ukrayna Dnepropetrovsk Dəmir yol Mühəndisləri İnistitunu və Vinniçada Nəqliyyat və İqdisadiyat fakkultəsini bitirib. 1973-cü ildən Azərbaycan SSR Dəmir yolu İdarəsində əmək fəaliyyətinə başlayib. Həmin idarədə sravi dəmir yol işçisindən başlayaraq, rəis müavini vəzifəsinə qədər yüksəlmişdir. Meydan Hərakatının və ardınca yaranmış Milli Azadlıq Hərakatının fəallarından olmuşdur. Aərbaycan Xalq Cəbhəsinin yaranmasında və genişlənməsində fəal iştirak etmişdir. AXC Nəsimi rayon şöbəsinin idarə heyyetinin üzvü, AXC sədri Əbülfəz Elçibəyin Dəmir yolu İdarəsində səlahiyyətli nümayəndəsi olmuşdur. Tətil hərəkati zamanı tətil komitəsinin üzvü dəmir yol tətillərinn təşkilatçılarından olmuşdur. AXC mühavizəsinin sədr müavini, Qarabağa gondərilən AXC könüllü batalyonlarının yardılmasının təşkilatçılardan olmuşdur. Dəmir yol İdarəsi rəyisinin müavini vəzifəsində çalışarkən, 4 iyun hadisələrində sonra, 1993-cü ilin oktyabrında iş otağında siyasi baxışlarına görə həbs edilib. 8 il azadlıqdan məhrum edilib. 5 il 6 ay siyasi məhbus həyatı yaşayıb.
Milli Dirçəliş Hərəkatı Partiyasının yaradıcılarından biridir. Hazırda partiya sədrinin 1-ci müavinidir.

-Bayram bəy, siz keçmiş hərəkatçılardan birisiniz. Bu gün Elçibəy yolunun davamçısı kimi ölkədə bir neçə partiya fəaliyyət göstərir ki, onlardan biri də sizin təmsil olunduğunuz Milli Dirçəliş Hərəkatı Partiyasıdır. Əvvəlcə onu deyərdiniz, sizin partiya bu yolda hansı prinsipiallığı ilə fərqlənir?
- Bəlı, mən də, partıyamızın sədrı, mıllət vəkılı Fərəc bəy də, Mıllı Azadlıq Hərekatıının öncüllərındənık. Artıq SSRİ-nin sonu yaxınlaşan zamnlarda imperiyanın hər yerində gedən poseslər, Azərbaycanda daha ağır və şıddətlı formada idi. Mən o zaman Meydan Hərəkatında və Azərbaycan Xalq Cəbhəsinin yaranmasında fəal ıştırak etdım. Milli Azadlıq Hərakatı zamanı hokümətə etirazların kütləviliyinin təşkil edılməsində məşhur tətil hərəkatında, dəmır yolu tətıllərinin təşkilində dostlarımızla birlikdə çox böyük ışlər gorürdük. Moskvanı sarsıdan, dəmir yolu tətıllərınə görə, Qorbaçov xüsusi bır fərman da imzalamışdı. Lakın, bizim iradəmiz və dönməzliyimiz bu qərarın yerınə yetırılməsinə mane oldu. Mən AXC sədrı, mərhum Əbülfəz Elçıbəyın Azərbaycan SSR Dəmır yol İdarərisdə səlahiyyəli numayəndəsi idim. Bu, səlahıyyətlə cəbhədaşlarımla bırgə biz Ermənistana gedən yüklərın göndərılməsinin qarşısını alırdıq. AXC o zamanlar üçün yeganə qüvvə idi ki, ölkə daxilində sabitliyin qorunmasında iştirak edır, ermənstanla savaşda könüllü hərbi batalyonlar yaradaraq erməni-rus hərbi bırləşmələrinə müqaviməti təşkil edirdi. Mən də, başqa AXC-dən olan dostlarım kimi AXC Nəsimi rayon şöbəsındə könüllü batalyonların yaradılmasını təşkil edirdim. AXC nin mühafızəsinin təşkili ışlərində, AXC mühafizə sədrinin müavini olmuşam. Mitinq, yürüş və etırazlarda kütlənin, elə cə də AXC-nin mühafızəsini təşkil edirdim. 25 ılə yaxın müdətdə Azərbaycan Dəmir yolunda sıravi dəmir yolçudan, dəmir yol idarəsi rəyisinin müavini vəzifəsinə qədər bir əmək fəaliyyəti yolum olub. 4 iyun hadısələrindən sonra ilk həbs edilənlərdən biri mən olmuşam və 5 ıl 6 ay siyasi məhbus həyatı yaşamışam. Harda olsam mən Elcıbəy yolunun yolçusu olmuşam və bu, gündə böyük Yolbayımız Əbülfəz Elçıbəyin yolunu davam edırəm. Bunıarı deməkdə məqsədim odur ki, hadisə və proseslərin nə qədər içində olduğumu, eləcə hərəkatçılara və onların kimlikərinə nə dərəcədə bələd olduğumdan məlumatınız olsun. Bilirsiz, onu deməliyəm ki, partıyamızın rəhbəri Fərəc Qulıyev milli azadlıq hərəkatında, müstəqilliyimiz uğrunda, dövlətçiliyimizin qorunmasında, erməni işğalçıları ılə doyuşlərdə olmuş şücaət və qəhrəmanlıqlar gösrərmiş, lakin əvəzində bunun “mükafatı” kimi uzun illər həbsxana həyatı olmuş, həyatını bir çox təhlükələrə atmış, cox ışlər görmüş bir şəxsiyyətdir. Bizi mübarizəmiz və yolumuz bırləşdirib. Bizi sıyasi məhbus həyatımız daha da inamlı və mübariz edib. Biz birlikdə uzun illər həbsxana həyatı yaşamışıq və orda olan zaman, azadlıqda təşkılatımızda liderimiz Əbulfəz Bəyin ətrafında hansı xəyanətlər baş verirdi, görürdük. AXC kimi bir təşkilatı necə paran-parca etdıklərini, necə mərd mübariz insanlarımızı ləkələyərək, təşkilatdan kənarlaşdırdıqlarını, bizləri həbsxanalara, özlərini parlamentə daşıdıqlarının şahidi olmuşuq. Bir-iki mandata satılaraq lıderə xəyanət edib insanlarımzın ruhunu sındırmağa qalxmışdılar. Bu hadısələrin ən şıddətli zamanı Fərəc bəy də azadlığa qovuşdu. Ona qarşı da eyni, lakin daha kəskin basqılar, yalan və iftiralar yağdırmağa başlandı. Fərəc bəyin təşkilatı bütövləşdirmək çabaları baş tutmadı. Çünki, AXCP-ni ələ keçirənlər, onların “dostları”, bu təşkilatın dağılmasına fitva vermışdı. Bu hadısələrın içində Fərəc bəy Elcıbəy davamçılarını bır araya yığa bildi və düşncəmizin, ıstək və arzularımızın nəhayyət Elcıbəy yolunun davamı üçün partıyamızın yaranmasını təklif etdı və partıyanın yaranmasının zəruriliyinin labüdlüyünü cox sadə izahını verdi: Bız duşunək kı, hədəflərimizə çatmaq üçün yol gedirik yolumuz çətindir. Yolumuzu qət etmək üçün avtomobil düzəldib, avtomobil ilə gedirik avtomobil deyəndə təşkilatımız olan AXC-nı nəzərdə tuturdu. Yolu qət etmək üçün düzəltdiyimiz avtomobil xəyanət və satqınlıq üzündən sındırılıb yarasız hala gətirilib. Biz bu sınıq arabanı düzəldə bilmirik, çünki düzəlməz hala salınıb. O üzdən yolumuza davam deyərək yenı daha müasir sürətli arabamızı düzəldək və yolumuza davam edək. Biz, yeganə partiya olaraq Elcıbəy yolunu davam etdırən bır partıyanı yaratdıq. Partiyamız xalqımız, millətimiz, dövlətimiz ücün, Fərəc Qulıyevin rəhbərliyi ilə xalqımızın xidmətində duran, Milli Dirçəliş Hərəkatı Partıyasıdı. Partiyamız yarandığı gündən amalımız yolundadır və bütün çətinlik və maneələrə baxmayaraq, ayaqdadır. Rəhbərimiz Fərəc bəyin mübarızəsi, yürütdüyü syasət bızım düz yolda olduğumuzu xalqımıza inandıra bildi və biz, 2005 ci ildə təsis qurultayından sonra, 2010-cu ıldə artıq parlament seçkılərındə ledirimiz xalqın etimadını alaraq millət vəkili seçildi. Hansı ki, həmin il köhnə dostlar eyni dairədən Fərəc bəyə alternativ idilər.
O, kı qaldı Elcıbəy yolunu davam etdırən bır çox partıyalara, bu partıyalar artıq çoxdan Elcıbəyi də dövləti də öz maraqları namınə, ıngılısə, rusa satmaqa hazırdılar. Bir gün narıncı bir gün də şura yaradıb maddi durumlarını əcnəbilərin hesabına düzəltməklə məşğuldular və kimin kim olduğunu xalqımız bilir. Bizim, MDHP olaraq, “dostlardan” fərqimiz ondadır kı, (mən əslində bizi heç onlarla muqayısə etməzdim amma cavablandıracağam) biz muxalif partıya olaraq, mubarızəmizi qisas, ya revanş yolu ilə deyil, biz mentalitetımzə uyğun əxlaq normaları çərcivəsində aparırıq. Bizim mətbuu orqanlarımızda heç kim- nə bir insan, nə iqtidar, nə muxalıf təhqir olunmaz, kimsənin ailəsi haqda və ya kimsəyə şər qoşulmaz. Kiməsə biz ayı yedizdirib sonra, diz cöküb üzür istəmərik. Biz duşuncə mubarızəsi aparırıq, qrantlar heasbına dostlarımızı küçələrə çıxarıb polislə üz-üzə qoymuruq, həbsə göndərmirik. Biz bir çox partiyalar kimi, hakımıyətə gəlmək üçün dövlətimizin, müstəqilliyimizin təhlükə altına alınmasına getmirik və bu yolu seçənlər mütləq bilsinlər ki, bizi qarşılarında görəcəklər. Bizim başqalarından fərqimiz həm də ondadır kı, iqtidarda kimin olmasından asılı olmayaraq milli düşüncə, dövlətçilik, insanlarımızın rifahı, haqq və ədalət demokratik inkışaf bərqərar olmasında maraqlıyıq. Biz olmasaq da, hansı hakimiyyət işğal olunmuş torpaqlarımızı azad edəcəksə bız o, iqtidarın yanındayıq. Kim xəyanət edəcəksə onun qarşısındayıq. Bizim millətçiliyimiz dövlətçı millətçilkdir. Ən əsas fərqimiz isə odur ki, biz Elçibəyin Azırbaycan üçün nüəyyənləşdirdiyi iki ana xətti rəhbər tutaraq, yeni qurduğumuz partiyanı türkçülük və Bütöv Azərbaycançılıq prinsipləti üzərində qurduq. Müşhaidə etsəniz görərsiniz ki, bütün fəaliyyətimizdə də bu prinsiplər ana xətdir. Sizin bizimlə müqayisə etdiyiniz partiyalar isə qərbin dəstəyini almaq üçün əvvəlcə partiyalarının məramnamələrində olan türkçülüklə bağlı bəndləri çıxardılar. Qərbdən bir şey ala bilməyəndən sonra da ba başları Rusiyanın qoltuğundan çıxdı. Indi özünüz qiymət verin kimdi Elçibəy yolunun yolçusu... MDHP unikal bir struktura malik təşkilatdır. Heç bir partiyada olmayan strukturumuz var. Fərəc bəy partıyada departament inistutlarını yaraatdı və bu strukturlar çox fəal işlər görür. Bu departamentlər ölkəmizin problemlərinə adekvat yaradılmışdı. Hal- hazırda bəzı təşkilatar bu modeli tədbiq etməyə çalışırlar. Bizim üçün gecikmiş ədalət özü ədalətsızlikdir. Budur bizi fərqləndırən əsas cəhətlər.

-Partiyanızın sədri prerzident seçkilərinə qatılıb. Hakimiyyətə gələcəyiniz təqdirdə ilk olaraq hansı dəyişiklikləri etmək iqtidarındasınız ki, ən qısa zamanda bu özünü cəmiyyətdə göstərə biləcək?
-Bəli bizim partıyanın sədri Fərəc Quliyev partiyamızın qərarı ilə prezident seckilerinə qatılıb. Bızım sədrimiz millət vəkilidi və bu illər ərzində Parlamentin bütün sesiyalarında hər hansı bir yeni məsələ müzakirə olunursa- istər büdcə məsəlsi olsun, ya qanunlarda dəışiklik olsun, ya iqtisadi məsələlər olsun hər bir məsələyə munasibət bildirir və təklıflərlə çıxış edir. Onu da qeyd edim ki, bir çox təklifləri də qəbul edilir. Bizim prezident seçkiləri üçündə xalqımıza təqdim etdiyimiz Azərbaycanımızın hər tərəflı inkişafı üçün konseptual proqramımız var. Bu proqram Fərəc bəyin seçki platformasında tezislər şəklində verilib. Biz təbliğat kompaniyası zamanı bu proqramı yayacağıq. Təbii ki, Fərəc bəy prezident seçilərsə, bizim çox peşəkar bir komandamız var ki, bu komanda ilə biz sürətli iqtisadi hüquqi addımlar atacağıq ki, qıssa zaman kəsiyində insanlarımız bunu hiss etsin. Görüləcək işlər coxdu, lakin niyyətində olduğumuz bir neçə gozə çarpacaq dəyişiklikəri sadalaya bilərəm: Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı hazırkı hakimiyyətin siyasəti kökündən dəyişiləcək. Bu barədə artıq geniş açıqlama verilib cəmiyyətə. Xarici siyasətlə bağlı onu deyim ki, əsas dəyişiklik bloqlaşma istiqamətində olacaq. Bizim hakimiyyət iqtisadi, siyasi, hərbi müstəvidə Türk Birliyinin yaranması istiqamətində digər türk dövlətləri ilə ciddi danışıqlara başlayacaq. Yerli özünüidarə sistminə üstünlük veriləcək ki, icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin çox hissəsi bələdiyyələrə veriləcək. Dərhal bəlidiyyələrə büdcədən ayrılan vəsait bir neçə dəfə artırılıb, bələdiyyə torpaqlarının istifadəsi üçün ciddi layihələr ortaya qoyulacaq. Tək elə bu bu dediyim məslə regionlarada ciddi iqtisadi-sosial dəyişikliyə səbəb olacaq. Təhsildə komleks dəyişikliklər olacaq ki, bununla bağlı konsepsiyamız nəzərdə tutulmuş proqramı təqdim edib. Bu istiqamətdə onu deyim ki, bütün təhsil işçilərinin, xüsusən müəllimlərin əmək haqları ölkədə ən yüksək pillələrdən birini tutacaq. Bütün hərbiçilər evlə təmin olunacaq və pensiyaya çıxanda o evlər geri alınmayacaq. Hər cür kredit faizləri dərhal aşağı salınacaq və s. kimi dərhal həyata keçirə biləcəyimiz məsələlər barədə çox danışa bilərərm. Qeyd edim ki, bu sadaladıqlarımın hər birinin yolları bizim platformada əsaslandırılıb. Daha başqaları kimi biz gəlişi gözəl sözlər demirik.
Məsələn kredit faizlərinin aşağı salınmasıyla bağlı təqdim etdiyimiz layihədə bu belə izah olunur ki, Azərbaycanın Neft Fondunun vəsaitlərinin böyük bir qismi xarici ölkələrdə illik maksimum 3 faizlə idarə olunur. Bizim platformaya görə həmin vəsaitlər ölkəyə gətirilməli və elə həmin faizlə də gənclərə istisnasız biznes kreditləri kimi verilməlidir. Təkcə elə kreditlərin faizlərinin aşağı salınması ölkədə iqtisadi sıçrayışa səbəb olacaq. Platformada həmin pulların rayonlarda və şəhər ətrafı qəsəbələrdə yaşayan gənclərə torpaq sahəsi almaq və ev tikmək üçün kredit kimi verilməsi də nəzərdə tutulur. Bu da özlüyündə əhaliyə sosial dəstək olmaqla bərabər, demoqrafik böhranı da aradan qaldırmış olacaq.
Onu da qeyd edim ki, Fərəc Quliyev seçilərsə bizim hakimiyyət komandamız ancaq partiya üzvlərimiz olmayacaq. Bu gün bizim kifayyət qədər bacarıqlı işini professionallıqla bılən korrupsiyaya bulaşmamış məmur korpusumuz var. Təbii ki, onlarında bu bacarıq və qabiliyyətindən istifadə olunacaq. Komandamızda həmdə kifayyət qədər sayda çox savadlı müxtəlif ölkələrdə yüksək təhsil almış gənclər də yer alacaqdır. Biz korrupsiyanın kökünü kəsməyə, iqdisadiyyatımızı daha güclu etməyə, monopolizmi məhf etməyə, dövlətimizi daha güclü milli düşuüncəni önə cəkməyə qadir bir komanda, bir partiyayıq.

-İqtisadçı kimi həm də partiyanın iqtisadi konsepsiyasına rəhbərlik edirsiniz. Partiyanız türkçülük-millətçilik mövqeyi ilə seçilir. Siz Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyasına üstünlük verirsiniz, ya Türk ölkələrinin iqtisadi birliyini daha perspektivli hesab edirsiniz. Yəni sizin partiyanın əsas iqtisadi strategiyası hansı xətdin üzərində qurulub?
- Patıyamızın iqdisadi konsepsiyası Azərbaycanın surətli inkişafına hesablanmış böyük bir konsepsiyadır. Burada ən müasir infrastruktur və ən yeni texnolji proseslərin gətirilməsi inkişafı yeni iş yerlərinin açılması, qeyri neft sektorunun önə gətirilməsi və s. durur. Bəli, biz türkçü bir təşkilatıq. Avropaya ya türk dövlətlərinə inteqrasiyaya məsləsində, Fərəc bəyin hələ həbsxanada olarkən yazdığı konseptual kitablarında bu istiqamətdə yolumuz göstərilib və ətraflı şəkildə izah edilib. Bu gün də, gələcəkdə də bu konsepsiya öz aktuallığını saxlayacaq. Fərəc bəyin “Yeni dünya düzəni” kıtabında türk dunyasının dunyanın təhlukəsizlik qurşağı olduğunu qeyd etmişdir. Nə qədər ki dünya bu faktı qəbul etməyib, deməli təhlükələrdən sığortalanmayıb. Dediyiniz məsələlə kompleks yanaşma tələb edir. Belə ki, biz Türk Birliyinin yaranmasında maraqlıyıq. Lakin bu, o anlama gəlməməlidir ki, bizim Qərblə münasibətlərimiz zəif olacaq. Əksinə, necə ki, Avropa Birliyinin yaranması Avropa dövlətlərinin ABŞ ilə münasibətlərinin daha da genişlənməsinə səbəb oldu, bu da elə. Yəni, Türk Birliyi ölkələri qərb ölkələri ilə daha sıx əmakdaşlıq içərisində olacaq. Bu məsələlərdə təbii kı, düzgün və çevik siyasətin aparılması daha məqsədə uyğun olacaq.
Müsahibəni götürdü:
Türkan Türkel
Bu xəbər oxucular tərəfindən 916 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed