Şrift:
İran və Amerika futbol komandaları arasında dostluq oyunu keçiriləcək
04.10.2013 [09:56] - Gündəm, İdman
Amerika Futbol Federasiyası Amerika və İranın milli komandaları arasında dostluq oyunun keçirilməsinə razılaşıb və bəzi əlaqələndirici işlər tamamlandıqdan sonra bu oyun baş tutacaq. Bunu İranın Futbol Federasiyasının başçısı Əli Kəffaşian deyib. Bu barədə "Afkarnews" xəbər portalı məlumat verir.
Kəffaşian bildirib ki, dördtərəfli bir oyun keçirilməsi təklif olunub və bu hazırlıq oyunlarında iştirak edəcək ölkələrdən biri də Amerikadır: "Cənubi Amerika və Avropa ölkələrindən də futbol komandaları ilə hazırlıq oyunlarının keçirilməsini planlaşdırırıq".
Bu xəbər oxucular tərəfindən 1466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed