Şrift:
Erməni silahlı bölmələri yenidən atəşkəsi pozublar
05.10.2013 [11:11] - Gündəm, Hərb
Erməni silahlı bölmələri yenidən Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Cəvahirli, Nəmirli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed