Şrift:
Azərbaycan Baş Prokurorluğuna seçki prosesindəki pozuntularla bağlı 5 müraciət daxil olub
05.10.2013 [12:31] - Gündəm, Hüquq
MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi üzrə qərargahının nümayəndələri Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubovla görüşüblər.


Tərəflər seçkilərin təşkili və keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.



R. Usubov seçki prosesindəki pozuntularla bağlı daxil olan informasiyaların operativ araşdırılması üçün Seçki Məcəlləsinə uyğun olaraq lazımi tədbirlərin görüldüyünü bildirib. O, Baş Prokurorluqda bu məqsədlə xüsusi işçi qrupun yaradıldığını söyləyib. Oktyabrın 4-nə olan məlumata əsasən Baş Prokurorluğa 1-i anonim olan 5 müraciət daxil olub.



MDB müşahidə missiyasının qərargahının rəhbəri Yevgeni Sloboda isə artıq missiyanın tam formalaşdığını və onun tərkibinə 276 nəfərin daxil olduğunu deyib. Hazırda qısamüddətli müşahidəçilərin Azərbaycana gəlişi davam edir. Onlar qərargahda təlimatlandırıldıqdan və müvafiq sənədlər aldıqdan sonra regionlara göndərilir.
Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed