Şrift:
Yaxın 4 ildə Azərbaycanda orta aylıq əmək haqqı 41% artacaq
08.10.2013 [11:04] - Sosial
Azərbaycanda orta aylıq əmək haqqının həcmi 2017-ci ilədək 618 manata çatacaq.


Bu barədə İqtisadi İnkişaf Nazirliyinin proqnozlarında göstərilir.



Eyni zamanda, 2013-cü ilin yekunlarına görə, orta aylıq əmək haqqının həcmi 439 manat səviyyəsində gözlənilir və beləliklə, yaxın 4 ildə bu göstəricinin 40,8% artacağı proqnozlaşdırılır.



Qeyd edək ki, İİN-in proqnozlarına görə, 2014-cü ildə orta aylıq əmək haqqı 479 manat, 2015-ci ildə 520 manat, 2016-cı ildə isə 566 manat təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed