Şrift:
Azərbaycanın hərbi xərcləri artırılır
08.10.2013 [12:00] - Hərb
Gələn ilin büdcə layihəsi Milli Məclisə təqdim edildi Gələn il üzrə dövlət büdcəsi layihəsi Milli Məclisinə təqdim edilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, Konstitusiyanın 96-cı və 109-cu maddələrinə uyğun olaraq, 2014-cü büdcə ili üzrə dövlət büdcəsinə dair sənədlər Milli Məclisin müzakirəsinə təqdim edilib. Gələn ilin dövlət büdcəsində müdafiə sahəsi üçün ayrılan xərclər açıqlanıb. Maliyyə Nazirliyinin məlumatına görə, 2014-cü ildə müdafiə xərclərinin 1637362.4 min manat olması proqnozlaşdırılır. Bu isə 2013-cü ilin müvafiq xərclərindən 7.1 faiz çoxdur. 2014-cü ildə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün ayrılan xərclərin 1240298.0 min manat təşkil edəcəyi gözlənilir. Bu isə bu ilki xərclərdən 11.3 faiz çox deməkdir. Qeyd edək ki, müdafiə xərcləri 2014-cü ildə dövlət büdcəsi xərclərinin 14.7 faizini təşkil edəcək. Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ötən illərdə dəfələrlə hökuməti hərbi xərcləri artırmağa çağırıb. BAXCP hərbi xərclərin büdcənin 11-13 faizini təşkil etməsi ilə razılaşmayıb və hər zaman bəyan edib ki, torpaqlarının 20 faizi işğal altında olan ölkədə hərbi xərclər kəskin artırılmalıdır.
Bu xəbər oxucular tərəfindən 929 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed