Şrift:
Vladimir Putin İlham Əliyevi təbrik etdi
10.10.2013 [14:31] - Gündəm, Siyasət
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi bu vəzifəyə yenidən seçilməsi münasibətilə təbrik edib.

V.Putin təbrik məktubunda bildirib: "Hörmətli İlham Heydər oğlu! Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuza, Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən fəal dəstəklənməsinə dəlalət edir.
Ümidvaram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının güclənməsi, bütün sahələrdə qarşılıqlı faydalı ikitərəfli əlaqələrin genişləndirilməsi üzrə birgə işimizi davam etdirəcəyik. Bu, bizim dost xalqlarımızın mənafelərinə tam uyğundur, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məcrasında baş verir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət başçısı kimi məsul fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
Bu xəbər oxucular tərəfindən 948 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed