Şrift:
"Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq hüququ qazanan tələbələrin son sayı açıqlanıb
10.10.2013 [14:36] - Gündəm, Mədəniyyət
İndiyədək "2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 1825 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Bu barədə Təhsil Nazirliyindən məlumat veriblər.
Nazirlikdən bildirilib ki, 2013-2014-cü tədris ili üçün isə belə tələbələrin sayı 766 nəfər olub. İndiyədək proqramın məzunu olmuş 550-dən artıq gənc Təhsil Nazirliyində qeydiyyatdan keçib və onların böyük əksəriyyəti Azərbaycanda dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışır. Bəzilər isə təhsilini növbəti səviyyə üzrə Dövlət Proqramı çərçivəsində xaricdə davam etdirir.
Nazirlikdən deyilib ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan tələbə ilə Təhsil Nazirliyi arasında müqavilə imzalanır və tələbə müqavilə üzrə öz üzərinə öhdəliklər götürür: "Əgər müqavilə öhdəlikləri pozularsa, təbii ki, tələbənin təhsilinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən istifadə olunmuş vəsait geri qaytarılmalıdır. Tələbə məzun olduqdan sonra 2 ay müddətində nazirliyə müvafiq sənədlərlə birgə hesabat verməlidir".
Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed