Şrift:
Gürcüstan Prezidenti Mixeil Saakaşvili İlham Əliyevi təbrik etdi
10.10.2013 [14:44] - Gündəm, Siyasət
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Mixeil Saakaşvili Prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibəti ilə dövlətimizin başçısını təbrik edib, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə ona Ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed