Şrift:
İran və Böyük Britaniya qarşılıqlı şəkildə müvəqqəti diplomatik nümayəndəlik açırlar
10.10.2013 [16:21] - Siyasət
Böyük Britaniya və İran yaxın zamanda Tehran və Londonda yenidən səfirliklərini aça bilər.
Bu barədə Böyük Britaniyanın XİN (xarici işlər nazirliyi) rəhbəri Uilyam Xeyq açıqlamasında bildirib. Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2011-ci ildə soyuyub.
Uilyam Xeyq parlamentə bildirib ki, ilkin mərhələdə ölkələr müvəqqəti işlər müvəkkili səviyyəsində təmsil olunacaqlar. Onun sözlərinə görə, İranda Həsən Ruhaninin hakimiyyətə gəlişindən sonra Tehranla aparılan dialoqun tonu dəyişilib.
Bununla belə, Xeyq qeyd edib ki, iqtisadi sanksiyaların (təhrimlər) götürülməsi üçün İran öz nüvə proqramına ciddi dəyişikliklər etməlidir.
Bu xəbər oxucular tərəfindən 727 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed