Şrift:
Bu il Azərbaycanda baş verən yol qəzalarında 872 nəfər ölüb, 2303 nəfər xəsarət alıb
11.10.2013 [13:50] - Hadisə
Bu il Azərbaycan ərazisində baş verən yol qəzalarında 872 nəfər ölüb.


Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, cari ilin ilk 9 ayında ölkə ərazisində 2157 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 872 nəfər ölüb, 2303 nəfər yaralanıb.



K.Əliyev həmçinin bildirib ki, hesabat dövründə paytaxt yollarında 755 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 258 nəfər ölüb, 773 nəfər yaralanıb.



Respublikada piyadaların vurulması ilə nəticələn 804 yol qəzası baş verib. Baş verən yol qəzalarında 284 nəfər ölüb, 592 nəfər yaralanıb.



Yanvarın 1-dən sentyabrın 30-a qədər respublika ərazisində yol qəzalarında 65 uşaq ölüb, 217 nəfər isə yaralanıb.



Cari ilin ilk 9 ayında sərxoş sürücülər tərəfindən 65 yol qəzası törədilib. Nəticədə 26 nəfər ölüb, 76 nəfər yaralanıb.



K.Əliyev bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövrü ərzində bu il Azərbaycanda baş verən yol qəzalarının statistikası artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% yol-nəqliyyat hadisəsi, 4,1% ölüm, 1% yaralıların sayı artıb.
Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed