Şrift:
GÜNEY XƏBƏRLƏRİ
24.11.2011 [12:26] - Gündəm
Urmiya gölünün səviyyəsi 28 sm aşağı düşüb

Urmiya gölündə suyun səviyyəsi ötənilki dövrlə müqayisədə daha 28 sm aşağı düşüb. Bunu İranın Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad bildirib. Onun sözlərinə görə, Urmiya gölünün qurumasının qarşısının alınması üçün indiyədək heç bir addım atılmayıb.
Qeyd edək ki, Urmiya gölünün ümumi sahəsi 5960 kvadrat kilometr, orta dərinliyi 5 m, ən dərin yeri isə 16 metrdir. Əsas su mənbələri isə Nazlıçay, Acıçay, Sofuçay, Cığatıçay və Tətovuçay çaylarıdır. YUNESKO-nun təbii sərvətlər siyahısına daxil etdiyi gölün 102 adasında müxtəlif heyvanlar, o cümlədən 27 növ məməli heyvan, 41 növ sürünən, 7 növ suda-quruda yaşayan heyvan, 212 növ quş, suyun duzluluğuna dözə bilən 27 növ balıq yaşayır. Göldəki adaların birində məşhur sərkərdə Çingiz xanın nəvəsi Hülaku xanın qəbri yerləşir.


TÜRKİYƏNİN İRANDAKI SƏFİRİ XARİCİ İŞLƏR NAZİRLİYİNƏ ÇAĞIRILIB

Noyabrın 22-də Türkiyənin Tehrandakı səfiri Ümid Yardım İran Xarici İşlər Nazirliyinə çağırılıb. Ona bir həftə əvvəl Van şəhərində İranın sərnişin avtobusuna silahlı basqına görə etiraz bildirilib.
Noyabrın 15-i sübh saatlarında Türkiyənin Van şəhərində İranın sərnişin avtobusuna silahlı basqın olub. Naməlum şəxslər avtomatdan İran sərnişin avtobusuna atəş açıblar. 7 İran vətəndaşı yaralanıb.
İran Xarici İşlər Nazirliyində Türkiyənin səfiri Ümid Yardıma sərnişin avtobusuna silahlı basqınla bağlı nota verilib. Türkiyə rəsmilərinin bu kimi hadisələrlə bağlı məsuliyyət daşıdığı, onların bu ölkədə yaşayan İran vətəndaşlarının təhlükəsizliyinin qorunması haqda üzərinə götürdüyü öhdəliklər xatırlanıb.
Görüşdə hadisədən təəssüfləndiyini bildirən Ümid Yardım məsələni Türkiyə hökumətinə çatdıracağını vurğulayıb.


Tanınmış Güney Azərbaycan milli hərəkat fəalı mühəndis Siyamək Mirzayi həbs olunub

Aldığımız xəbərlərə görə, Muğandan olan tanınmış Güney Azərbaycan milli akvitisi, mühəndis Siyamək Mirzayi 21 noyabr gün ortadan sonra saat 15-də Muğanın Parsabad şəhərinin əsli xiyavanlarının birində tututqlanmış və naməılum yerə aparılmışdır.
Artırmaq lazımdır ki, Siyamək Mirzayinin ailəsinin dediyinə əsasən, öncələr inqilab məhkəməsi tərəfindən yazılı olaraq tutulması üçün hökm göndərilmişdi.
Daha dəqiq xəbərlər veriləcəkdir.


İlqar Kərimi Təbriz zindanına qayıdıb

Tanınmış azərbaycanlı milli-mədəni fəal İlqar Kərimi 5 günlük məzuniyyətdən sonra Təbrizin mərkəzi zindanına qayıdıb.
Kərimi noyabrın 17-i mülki vəsiqə qarşılığında məzuniyyətə buraxılıb və noyabrın 21-də zindana dönüb. O, zindanın yeni yaradılmış bölümünün (bənd) pis şəraitindən dolayı ağır qrip (anfulanza) olduğu səbəbindən məzuniyyətə buraxılmışdır.
Qeyd edək ki, mühəndis İlqar Kərimi 4 ay həbs qərarının, artıq 3 ayını geridə qoyub. O, 1 ay sonra azadlığa buraxılmalıdır.


Moskva İran əleyhinə sanksiyalara etiraz edib

Rusiya ABŞ (Amerika Birləşmiş Ştatları), Britaniya və Kanadanın İrana dair yeni sanksiyalarını beynəlxalq qaydalara zidd adlandırıb.
Moskvaya görə sanksiyaların sərtləşməsi İranın bank və neft sektorunda (bəxş, bölüm) işləyən xarici şirkətlərin maraqlarına zərbə ola bilər.
Noyabrın (November) 21-də Britaniya, ABŞ və Kanada İranın bank və neft sektoru ilə əlaqələrini kəsərək, bu yolla İslam Respublikasına (Cümhuriyyət) beynəlxalq təzyiqlərini artırıblar.
Britaniya İran bankları ilə bütün əlaqələrin kəsildiyini elan edib.
Kanada Tehrana neft və qaz sənayesi texnologiyalarının (teknoloji) ixracını yasaqlayıb.
ABŞ isə İran neft-kimya sahəsində işləyən şirkətlərinin “qara siyahısını" tutub.
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) son hesabatında deyilir, Beynəlxalq Atom Energetikası Agentliyinin ekspertləri (karşünas) İranın nüvə silahı əldə etmək cəhdlərinə dəlalət edən sübutlar aşkar ediblər.
Tehran öz proqramının yalnız sülh təyinatlı olduğunu bildirir.
BMT Təhlükəsizik Şurası İrana qarşı artıq 4 qətnamə qəbul edib.
ABŞ və bəzi qərb ölkələri İrana qarşı daha sərt addımlara çağırırlar.
Lakin Rusiya ilə Çin sanksiyalara etiraz edir.
Bu xəbər oxucular tərəfindən 1197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed