Şrift:
Ermənistan Ordusunun zabiti mina partlaması nəticəsində həlak olub
17.10.2013 [12:28] - Hərb
Ermənistan Ordusunun zabiti hərbi hissənin nəzarət etdiyi ərazidə mina partlaması nəticəsində həlak olub.


“Novosti Armeniya”ın xəbərinə görə, 1988-ci il təvəllüdlü kapitan, mühəndis-minaaxtaran rotasının komandiri Gevork Mnatsakanyan mina partlayışı nəticəsində ölümcül yaralanıb. Onun həyatını xilas etmək mümkün olmayıb.



Bundan başqa, baş leytenant Haruş Ambarsumyan, çağırışçı sıravi əsgər Narek Akopyan, müqavilə ilə xidmət edən sıravi Edqar Arutyunyan yaralanaq Mərkəzi Hərbi Klinik Hospitala yerləşdiriliblər.



Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed