Şrift:
Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulub
18.10.2013 [15:14] - Gündəm, Hərb
Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdən atəşkəsi pozublar
Hərb Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Tovuz rayonunun Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Tərtər rayonunu Çiləbürt, Qızıloba və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed