Şrift:
Azərbaycan boksçusu dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib
19.10.2013 [12:10] - Gündəm, İdman
Dünya çempionatının gümüş mükafatçısı, Olimpiya Oyunlarının bürünc medalçısı Teymur Məmmədov Almatıda ilk qələbəsini qazanıb.
Azərbaycan Boks Federasiyası məlumat verir ki, milli komandamızın üzvü dünya çempionatında ilk döyüşünü nigeriyalı Efetobor Apoçiyə qarşı keçirib. Rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz 1/8 final mərhələsinə vəsiqə qazanıb - 3:0 (29:28, 29:28, 29:28).
Teymur növbəti görüşünü AIBA bayrağı altında çıxış edən hindistanlı Manpreet Sinqə qarşı keçirəcək.
Qeyd edək ki, Hindistan Boks Federasiyası AIBA-dan xaric olunduğundan bu ölkənin boksçuları hazırda beynəlxalq federasiyanın bayrağı altında çıxış edirlər.
Bu xəbər oxucular tərəfindən 1074 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed