Şrift:
Rusiyalı komandan: Sanksiyalar İran Hərbi Hava Qüvvələrinə heç bir mənfi təsir göstərməyib
24.10.2013 [10:48] - Güney Azərbaycan xəbərləri, Hərb
İranda səfərdə olan Rusiya Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Viktor Nikolayeviç Bondarev oktyabrın 22-də İsfahan şəhərindəki Şəhid Babai hərbi bazasına baxış keçirib.


İran mətbuatının məlumatına görə, rus komandanının şərəfinə iranlı pilotlar “F-14” və “F-7” hərbi təyyarələri ilə havada öz bacarıqlarını nümayiş etdiriblər. Daha sonra V.Bondarev “F-14” və “F-7” hərbi təyyarələrinin simulyatorları (trenajor) ilə yaxından maraqlanıb.



Rusiya Hərbi Hava Qüvvələrinin komandanı bildirib ki, iranlı mütəxəssislər təyyarələrə qulluq göstərilməsi və təmir sahəsində nəzərəçarpacaq dərəcədə irəliləyişə nail olublar. V.Bondarev həmçinin deyib ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar bu ölkənin Hərbi Hava Qüvvələrinə heç bir mənfi təsir göstərməyib: “İran Hərbi Hava Qüvvələrinin təyyarələrin ehtiyat hissələri və təchizatlarının istehsalındakı potensialı bunu deməyə əsas verir. İran Hərbi Hava Qüvvələrinə aid iki bazanı və bir akademiyanı gəzdim. Bununla da İran Hərbi Hava Qüvvələrinin yüksək potensiala və gücə sahib olduğu nəticəsinə gəldim. İran Hərbi Hava Qüvvələrinin pilotlarının təhsili çox yaxşı səviyyədədir. Belə ki, pilotlar təhsillərini başa vurduqdan sonra bir mütəxəssis olaraq təyyarə kabinəsinə girir”.



Qeyd edək ki, V.Bondarev İran Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Həsən Şahsəfinin dəvət əsasında üçüncü dəfə Tehranda səfərdədir.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed