Şrift:
Özbək rəqqasə Mançesterdə Azərbaycan rəqsləri öyrədir
24.10.2013 [12:06] - Gündəm, Mədəniyyət
Sanat Mahmudova Yaxın Şərq, Fars, Orta Asiya və Şərqdən olan müxtəlif rəqslər üzrə ekspertdir
Hərb Sanat Mahmudova Özbəkistanda doğulub və öz sözlərinə görə, rəqs etməyə anasının qarnında başlayıb. O, birinci rəqsini iki yaşında ifa edib və rəqs üçün sevgisi o vaxtdan yetişib. Özbəkistanda rəqs akademiyasında keçirdiyi illər, Özbək və beynəlxalq folklor təcrübəsinə çevrilib.

Bu qədər ciddi hazırlığa görə, Sanat rəqqasə və sənətçi kimi irəliləyişlər edə bilib. 2002-ci ildə bacarıqlarını inkişaf etdirmək üçün Britaniyaya, Manchester şəhərindəki Salford Universitetinə gəlib və Fiziki teatr və Rəqs üzrə bakalavr alıb.

Sanat ailəsi ilə Manchesterdə yaşayır. Onun 20 ildən artıq təcrübəsi var və həm tək, həm də qrupla birlikdə Avropa və Asiyada çıxış edib.

Sanat Yaxın Şərq, Fars, Orta Asiya və Şərqdən olan müxtəlif rəqslər üzrə ekspertdir. O, həm də Azərbaycan rəsqlərini ifa edir və öyrədir.

BBC Özbək xidmətinin əməkdaşı Diloram İbarhimova Sanat xanımla danışmaq üçün Manchesterə gedib və onun Azərbaycan rəqslərini nümayiş etdirməsinin şahidi olub.

http://www.youtube.com/watch?v=ws_wrG-8Ong
Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed