Şrift:
Azərbaycanın müdafiə nazirinin dəyişdirilməsi erməniləri vəlvələyə salıb
24.10.2013 [14:34] - Gündəm, Hərb
18 ildən artıq müdafiə naziri postunu tutmuş Səfər Əbiyevin Zakir Həsənovla əvəzlənməsi Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistanda ajiotaj yaradıb.BBC-Azəri xidməti bildirir ki, bəziləri bu kadr dəyişikliyinin müharibə riskini artırmasına dair şərhlər verilir.

Ermənistanda Səfər Əbiyevin vəzifədən getməsilə bağlı ilk şərhlərdən birində nüfulzu təhlilçi Richard Giragosyan yazır ki, Əbiyevin Zakir Həsənovla əvəzlənməsi Qarabağda müharibə riskini 3 qat artırıb.

"Çünki bu addım müdafiə sahəsində real islahatların keçirilməsinin və hücum vəziyyətinə keçmənin başlanqıc siqnalı ola bilər", - cənab Giragosyan Facebookda yazıb.

Ermənistan Milli və Strateji Təhqiqatlar Mərkəzinin direktoru Manvel Sarkisyanın sözlərinə görə, müdafiə naziri Səfər Əbiyevin istefaya göndərilməsinin müxtəlif səbəbləri ola bilər ki, Qarabağ probleminə aidiyyəti yoxdur. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin “hərbi ritorikası və məsələni hərbi yolla həll etmək hədələri“ heç də onun müharibəyə hazır olduğu demək deyil.

“Azərbaycan buna qabil olsaydı və müharibənin nəticələrindən əmin olsaydı, çoxdan başlayardı. Bunu heç kəs bilmir. Müasir aləmdə atəş açmaqdan qabaq hamı əvvəlcə bu atəşin nəyə gətirəcəyini min dəfə götür-qoy edir. Bu mürəkkəb məsələdir və bunu hər hansı kadr dəyişikliyi ilə əlaqələndirmək olmaz”, - Sarkisyan bildirib.

Qlobalizasiya və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzinin rəhbəri Stepan Qriqoryan Səfər Əbiyevin işdən azad olunmasının iki səbəbi ola bildiyini ehtimal edir.

“Bu, korrupsiya ilə bağlı ola bilər. Son zamanlar orduda korrupsiya ilə bağlı etirazlar haqqında tez-tez məlumatlar alınır və bu istefa korrupsiyaya qarşı mübarizə aparıldığını göstərməlidir”, - politoloq hesab edir.

İkinci variant, Qriqoryanın sözlərinə görə, ordu qarşısında yeni tapşırıqlar qoyulduğu ola bilər.

"Uzun illər nazir vəzifəsində olan şəxs öz ətrafında, komandanlıq tərkibində topladığı dostları və yaxın adamları ilə islahatlar etməyə qabil deyil. Yeni tapşırıqları yeni kadrlar həyata keçirməlidir”, - Qriqoryan ehtimal edir.

Təhlilçi istisna etmir ki, ordu qarşısına qoyulan yeni tapşırıqlar Qarabağ münaqişəsinin həlli istiqamətində “güc tətbiq etmək” variantını da nəzərdə tutur.

“Əlbəttə, mən inanmıram ki, Azərbaycan asanlıqla güc yolunu seçsin, lakin hərbi nazirin dəyişməsi, o cümlədən, Qarabağla bağlı yeni hərbi planlara da aid ola bilər”.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed